backend

İngilislər Bakıda mühafizəçinin çənəsini sındırdılar - VİDEO

İngilislər Bakıda mühafizəçinin çənəsini sındırdılar - VİDEO
























Əcnəbi qonaqlar mühafizəçilərlə mübahisə edib

Bakıda gecə klublarının birində dava baş verib.

qaynarxett.az AzVision.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, barda əylənmək istəyən sərxoş əcnəbi qonaqlar mühafizəçilərlə mübahisə edib.

İngiltərə vətəndaşı olduğu bildirilən şəxs videkadrlardan da göründüyü kimi mühafizəçiyə bir neçə dəfə yumruq zərbələri vurub.

Hadisə şahidlərinin bildirdiyinə görə, zərbələr nəticəsində mühafizəçinin çənəsi sınıb.

Davaya səbəb kimi ingilis vətandaşların kluba buraxılmaması göstərilir.