backend

Mənzillərin qiyməti qalxacaq? - RƏY

Mənzillərin qiyməti qalxacaq? - RƏY






















Bazarda qiymətləri alıcı diqtə edir

Yaxın aylarda mənzil bazarında qiymət artımlarının olacağı gözlənilmir.

qaynarxett.az xəbər verir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov bildirib.

İqtisadçı bildirir ki, azalma tendensiyasının payızadək davam edəcəyi proqnozlaşdırılır.

“Aprel ayının yekunları göstərir ki, mənzillərin qiyməti 8 %-ə yaxın azalıb. Qiymət azalmaları sadəcə manat deyil, eyni zamanda dollar ifadəsində də özünü göstərməkdədir”-deyə, Vüqar Bayramov qeyd edib.

Bundan başqa o bildiri ki, ötən ilin payızında Bakıda mənzillərin qiymətinin azalacağı ilə bağlı açıqlama yayanda bəzi tədqiqatçılar süni və psixoloji qiymət artımlarına nail olmaq üçün yaxın zamanlarda qiymət artımlarının olacağı haqda məlumatlar yaydılar.

“Ötən müddətdə isə hər ay əvvəlki aya nisbətən qiymət azalmaları müşahidə edilir”-deyə, o qeyd edib.

Vüqar Bayramov vurğulayır ki, bazarda alıcıların sayı az olduğu üçün qiyməti satıcıdan daha çox ev alan diqtə edir:

“Məsələn, bizim monitorinqlər göstərir ki, öz mənzilini son qiymət olaraq 125 min manat təklif edən satıcı real alıcı olduğu halda hətta 110 min manata razılaşır”.

Qeyd edək ki, mənzil bazarında baş verən proseslərin səbəblərini də açıqlayıb.

“Rusiyaya tətbiq edilən sanksiyaların qüvvədə qalması şimal qonşumuzda yaşayan azərbaycanlıların mənzil bazarına tələbini azaldıb. Bundan başqa, baş verən iqtisadi proseslərlə bağlı olaraq vətəndaşlar daha çox yığıma üstünlük verirlər.

Həmçinin neftin dünya bazar qiymətinin aşağı düşməsi ölkə ixracatının azalmasına və bununla da pul dövriyyəsində valyutanın payının məhdudlaşmasına səbəb olub”.