backend

İcra başçısı matəmə sevindi və ...

İcra başçısı matəmə sevindi və ...
































Zakir Fərəcovun Xaləddin İskəndərova qarşı nifrəti baş verən hadisədən ləzzət almağa yardımçı olub

Dünən Bakıda baş verən faciə bütün ölkəni matəmə qərq etdi. Ancaq bir sıra məmurlar dünən kef-damaqlarından qalmayıblar.

qaynarxett.az-ya daxil olan məlumatlarda iddia olunur ki, dünən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov obyekt və mağazalardan yığdığı küllü miqdarda vəsaitin sevincini özünəməxsus şəkildə qeyd edib. O, kef-damaqda olarkən Binəqədidə yanmış binada həlak olanların matəmini hamı eləcə də ölkə başçısı narahatçılıqla qarşılayırdı.

Avropa Oyunlarını bəhanə edərək mağaza və obyekt sahiblərindən 2,5-3 min manat yığan icra başçısının sərxoş olanacan içdiyi bildirilir və Binəqədi baş verən faciəni belə adi sayıb.

Məlumatda iddia olunur ki, Zakir Fərəcovun Binəqədi İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərova qarşı nifrəti baş verən hadisədən ləzzət almağa yardımçı olub. Onun restoranda qonaqlıqda olması yuxarı dairələrə çatmasın deyə Zakir Fərəcov tabeçiliyindəki rayon xəstəxanasından özünə xəstəlik kağızı da alıb. İcra başçısı güya ağır xəstə olduğu üçün həmin gün işə çıxa bilməyib. Halbuki dünən Zakir Fərəcov bütün mağaza və obyekt sahiblərini icra hakimiyyətinin binasına yığaraq onlardan "haqq"ını almışdı...