backend

Dəhşətli qəza: “BMW” yolun kənarında dayanan 8 piyadanı vurdu

Dəhşətli qəza: “BMW” yolun kənarında dayanan 8 piyadanı vurdu

























Onlardan biri hadisə yerindəcə keçinib

Füzuli rayonunda dəhşətli yol qəzası baş verib.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndinin 4 yol deyilən ərazisində qeydə alınıb.

“BMW” markalı maşın yolun kənarında dayanan 8 şəxsi vurub. Onlardan bir nəfəri hadisə yerindəcə keçinib. Digər 7 şəxs isə rayon xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağır qiymətləndirilir.

Vurulan şəxslərin hamısının eyni sinfi bitirmiş, 24-25 yaşlarında gənc oğlanlar olduğu deyilir. Onlar rayonun Araz Dilağarda kənd sakinləridir.

Hələ ki, ölən və yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşməyib. Polis hadisə yerində araşdırma aparır.