backend

Hacıbala Abutalıbov Bakıda söküləcək evlərdən danışdı – VİDEO

Hacıbala Abutalıbov Bakıda söküləcək evlərdən danışdı – VİDEO






















Mer açıqlama verdi

Bu günə qədər paytaxtda qanunsuz şəkildə tikilən 44 villa sökülüb, onların yerində isə yaşıllıqlar salınır.

qaynarxett.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qeyri-qanuni villaların sahiblərinə növbəti dəfə xəbərdarlıq edib.

Hacıbala Abutalıbov binaların üzlənmə prosesinin yekunlaşacağı vaxtı və mərkəzi hissədə söküləcək yerlərin adlarını da açıqlayıb.

Mer bildirilib ki, iyun ayının 10-na kimi bütün işlər yekunlaşacaq. Bundan başqa zərərli maddələrlə çirklənmiş Zığ gölü qurudulacaq, təmizlənməsi mümkün olan digər göllərdə isə istirahət mərkəzləri salınacaq.

Bakı merinin sözlərinə görə Sovetski , Papanin, Xutor kimi tanınan ərazilərdə də söküntü işləri davam etdiriləcək. “5 mərtəbə” dairəsindən Nizami küçəsinə kimi olan ərazidəki bütün tikililərin sökülməsi nəzərdə tutulur.

Söküntü aparılan əksər yerlərdə isə yaşıllıqlar salınacaq.