backend

Azərbaycan polisi 8 minə yaxın cinayətin üstünü açdı

Azərbaycan polisi 8 minə yaxın cinayətin üstünü açdı






















DİN iclas keçirdi

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 2014-cü ildə və cari ilin ötən dövründə mülkiyyət əleyhinə cinayətlər törətmiş 1810 nəfərdən ibarət 657 qrup və mütəşəkkil dəstə, o cümlədən mənzillərdən oğurluq etmiş 251 nəfərdən ibarət 85 qrup zərərsizləşdirilib.

qaynarxett.az xəbər verir ki, bunu bu gün Daxili İşlər Nazirliyində “Mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması” və “Ailə-məişət münaqişəsi zəminində törədilən cinayətlərin qarşısının alınması” sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclasında nazirliyin Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski bildirib.

Mülkiyyət əleyhinə olan 7986 cinayətin açılması təmin olunub, 4581 nəfər məsuliyyətə cəlb edilib, habelə axtarışa elan olunmuş 1292 təqsirləndirilən şəxs tutulub.

Bu müddətdə Baş İdarənin yerlərə göstərdiyi əməli köməkliklər nəticəsində 200-dən çox cinayət açılıb, o cümlədən Cibgirlik cinayətlərinə qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatları əsasında Bakı şəhərində və Abşeron rayonu ərazisində mənzillərdən 103 oğurluq cinayəti törətmiş Azərbaycan və Gürcüstan vətəndaşlarından ibarət qrup ifşa edilib.