backend

Avropa Oyunlarının medalları belə hazırlanır - VİDEO

Avropa Oyunlarının medalları belə hazırlanır - VİDEO






















6000 idmançı 253 dəst medal uğrunda mübarizə aparacaq

Bakı 2015 qısa zamanda başlayacaq və bütün nəzərlər ilk Avropa Oyunları çempionu olmaq üçün mübarizə aparacaq qitə idmançılarına yönələcək.

Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC) qaynarxett.az-ya verilən məlumata görə, belə bir tarixi tədbirdə iştirak etmək bütün iştirakçıların karyerasında yüksək dönüş nöqtəsi olacaq.

Lakin mükafatçılar sırasına çıxacaq az sayda fərqlənən idmançılar Bakı 2015-in qızıl, gümüş və bürünc medallarını əldə edəcəklər.

Avropa oyunlarının medallarının hazırlanması barədə video çarx yayılıb. Çarx Bakının mərkəzində yerləşən yerli şirkət "Azərsuvenir" MMC tərəfindən hazırlanan gözəl medalların istehsal prosesini əks etdirir.

Avropa Oyunlarında 253 dəst medal uğrunda yarışacaq idmançıları Milli Olimpiya Komitələri müəyyənləşdirəcək.