backend

Komitə kütləvi şəkildə “kupça” paylayır

Komitə kütləvi şəkildə “kupça” paylayır






















Prezidentin fərmanı əsasında

Gəncədə 200-ə yaxın vətəndaşa torpaq sahələri və fərdi evlərə dair dövlət reyestrindən çıxarışlar təqdim olunub. Eyni zamanda, 50-yə yaxın vətəndaşın sənədləri dövlət qeydiyyatına alınması və çıxarış verilməsi məqsədilə qəbul edilib.

qaynarxett.az-ya bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən(ƏMDK)məlumat verilib.

Komitə bildirir ki, indiyədək respublika üzrə keçirilən kampaniyalardan ümumilikdə 3500-dən çox vətəndaş faydalana bilib.

“2015-c ilin ilk rübündə regionlarda əmlakın qeydiyyatı 20%-dən çox yüksəlib. Müvafiq dövrdə ölkədə 49 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb”-deyə, komitə vurğulayır.

Xatırladaq ki, komitə tərəfindən bu kampaniya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanına əsasən həyata keçirilir.