backend

Azərbaycanda 28 min manat maaş

Azərbaycanda 28 min manat maaş

















Azərbaycanda sement və klinker istehsalçısı Holcim (Azərbaycan) ASC-nin rəhbər işçiləri 28 min manata yaxın maaş alır. 2014-cü ildə şirkətin 5 nəfərdən ibarət olan İdarə heyətinə 1 milyon 654 min 840 manat ödəniş və mükafatlar verilib. Bu da hər bir rəhbər işçinin orta hesabla il ərzində 331 min manat, ayda isə 27,6 min manat qazandığı deməkdir.
Ötən il 2013-cü illə müqayisədə Holcim (Azərbaycan) ASC-nin rəhbər işçilərinə verilən ödənişlər azalıb. 2013-cü ildə şirkətin 5 rəhbər işçisi 1 milyon 713 min 367 manat, adambaşına isə ayda orta hesabla 28,6 milyon manat qazanmışdılar. Qeyd edək ki, Holcim (Azərbaycan) ASC-nin satışları və mənfəəti də azalıb.