backend

2 mindən çox əcnəbi Azərbaycandan çıxarıldı

2 mindən çox əcnəbi Azərbaycandan çıxarıldı
























DMX məlumat yaydı

2015-ci ilin may ayında 2 254 əcnəbi Azərbaycandan çıxarılı.

Bu barədə qaynarxett.az-ya Dövlət Miqrasiya Xidmətindən (DMX) bildirilib.

Xidmətin məlumatına görə, onlardan 15-nin Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəzlənib, 166 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Bundan başqa, 1 707 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etməsi, 366 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8 022 müraciət daxil olub.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 50 246 əcnəbinin müraciəti qeydə alınıb.

"13 sahibkarlıq subyektinin 12-də isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib"-deyə, xidmət bildirir.