backend

Toy günü qəzada ölən gəlin “Vağzalı” sədaları altında dəfn edildi

Toy günü qəzada ölən gəlin “Vağzalı” sədaları altında dəfn edildi























“Evin tək qız idi”

Bakıda toyu günü baş verən qəza nəticəsində dünyasını dəyişən Vəsilə Rzayeva dəfn olunub.

qaynarxett.az xəbər verir ki, bu barədə AzVision.az-a mərhumun qohumları məlumat verib. Bildirilib ki, dəfn mərasimi ötən gün axşam saatlarında baş tutub:

“Artıq Vəsiləni dəfn etmişik. Hava çox isti olduğundan onun nəşini saxlaya bilmədik. Rəhmətlik gözəl insan idi. Orta məktəbi yeni bitirmişdi. Evin tək qız idi”.

Qohumlarının sözlərinə görə, V.Rzayeva “Vağzalı” sədaları ilə torpağa tapşırılıb:

“Onu “Vağzalı” sədaları altında dəfn etdik. Bu, çox dəhşətli idi. Onun nişanlısı da dəfn mərasimində iştirak edirdi. Oğlan da yaxşı insandır. Nə edək, tale elə gətirdi. Hazırda valideynləri çox pis vəziyyətdədirlər. Onlar hadisənin şokundan ayıla bilmirlər. Onu ağ gəlinlikdə torpağa tapşırdıq. Toya gələn bütün qonaqlar onun yasında iştirak edirdilər”.

Qeyd edək ki, hadisə ötən gün Xəzər rayonunun Zirə qəsəbəsində baş verib. Xəzər rayon sakini Vəsilə Rzayeva toya hazırlıq üçün “gözəllik salonu”na gedib.

Salondan çıxandan sonra isə bəy öz xalası oğlunu, gəlini evə aparmaq üçün onun arxasınca göndərib.

Amma salondan çıxan avtomobil, bir qədər gedəndən sonra aşıb. Nəticədə öz toyuna hazırlaşan V.Rzayeva hadisə yerində ölüb.

Hadisədə isə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.