backend

“Bakı 2015” rəsmi mağazaları 400 min manat qazanıb

“Bakı 2015” rəsmi mağazaları 400 min manat qazanıb
























Azarkeşlərdə ən çox tələbat isə Azərbaycan bayrağına olub

Yarışların keçirildiyi üç gün ərzində “Bakı-2015” rəsmi mağazalarında Avropa Oyunlarının rəmzlərinin əks olunduğu malların ümumi satış həcmi 400 min manatdan ibarət olub, bu, ABŞ-ın dolları ilə ifadə edildikdə təxmini eyni məbləğə ekvivalentdir.

qaynarxett.az xəbər verir ki, bu barədə TASS-a Azərbaycanın paytaxtında idman obyektlərinin birində yerləşən ticarət məntəqəsinin meneceri bildirib.

“Bütün “Bakı-2015” rəsmi mağazalarının bir kompüter bazası mövcuddur, ona görə də mən bazar ertəsinin axşamına qədər üzərində Avropa Oyunlarının atributları olan realizə edilən malların satışından əldə edilən məbləğin 400 min manatdan bir qədər çox olduğunu deyə bilərəm. Azarkeşlərdə ən çox tələbat isə Azərbaycan bayrağına olub. Bu gün bizdə 1000 bayraq olub, axşama doğru isə gördüyünüz kimi yalnız vitrində olan bir bayraq qalıb” - TASS-ın həmsöhbəti bildirib.

Bazar ertəsi alıcıların əsas hissəsi qadınlar və uşaqlar olub.

“Kişilər çox güman ki, indi işdədirlər və pul qazanırlar. Onların xanımları və uşaqları isə bura gələrək alış-veriş edir, sonra isə öz sevimli komandalarına azarkeşlik etməyə gedirlər” - menecer ehtimal edib.

TASS-ın həmsöhbəti həmçinin, onun stendində gedən ticarətdən razı olduğunu bildirib.

“Yarışlar təzə başlayıb, əldə edilən ümumi gəlir gündən-günə artır. Azarkeşləri sakitləşdirmək istərdim. Oyunların rəmzləri olan mallar çoxdur, hamıya çatacaq”, - menecer sözünə davam edib.

Oyunların talismanlarından biri - Narın əks olunduğu bənövşəyi qısaqol köynəklər də tələb olunan mallar sırasındadır.

“Ümumiyyətlə, Narın əks olunduğu malları, Ceyranın əks olunduğu mallardan daha çox alırlar. Bunun nə ilə əlaqədar olduğunu izah etməkdə çətinlik çəkirəm. Amma üzərində Nar əks olunan malları həmişə əlavə sifariş etməli oluram”, - TASS-ın həmsöhbəti bildirib.

Yerli çayxanalarda istifadə edilən çay dəstlərinə də böyük tələbat var. Üzərində oyunların rəmzi olan bu dəstin qiyməti 25 manatdır. Amma satışda olan ən bahalı mal nərddir, onun dəyəri 50 manatdır.