backend

Beyləqandan Prezidentə “Sadıqovlar” təxribatı: saxtakarlıqdan tamahkarlığa…

Beyləqandan Prezidentə “Sadıqovlar” təxribatı: saxtakarlıqdan tamahkarlığa…

















Beyləqanda “Sadıqov qardaşlarının” fəaliyyəti araşdırılarsa onların həbsi qaçılmaz olacaq

tofiqsadiqBeyləqan rayonunda ayrı-ayrı məmurların qanunsuzluqları haqda mediada dəfələrlə yazılıb. Bu yazılarda daha çox ənənəvi məmur harınlığından və korrupsiyadan söhbət açılıb. Amma indiki halda cumhuriyyet.az-a daxil olan məlumatlar bir rayonun iki məmurunun, özü də bir-biri ilə yaxın olan, doğma qardaş olan iki məmurun ölkə rəhbərinə qarşı təxribatı haqda düşünməyə əsas verir. Söhbət Sadıqov qardaşlarından – Beyləqan rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqov və Beyləqan rayon Telekommunikasiya idarəsinin rəisi Ramiz Sadıqovun fəaliyyətində rast gəlinən faktlardan gedir.
İlk olaraq bəhs edəcəyimiz məsələ Beyləqan təhsil sistemində rüşvət və qanunsuzluğun hesabına prezident sərəncamına salınan kölgədir. Belə ki, Beyləqan rayon məktəbində müəllim vəzifəsində çalışan saxta diplom sahibi olan Abbasov Elvin Sevindik oğlu Prezident İlham Əliyevin 17 dekabr 2014-cü ildə imzalamış “2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim””müsabiqəsinin qaliblərini müəyyən edən sərəncamla qalib elan olunub. Təbii ki, ölkə rəhbəri ona təqdim olunmuş sənədi imzalayır və hər bir şəxslə bağlı araşdırma aparmaq onun tabeçiliyində olan məmurların vəzifə borcudur. Amma saxta diplomlu bir şəxsi məllim kimi işə qəbul etmək bir yana, hələ bir onu “ilin müəllimi” adına təqdim etmək birbaşa təhsil şöbəsi rəhbərinin işidir və belə bir biabırçı faktda birbaşa məsuliyyəti Tofiq Sadıqov daşıyır. Yeri gəlmişkən bu olayla bağlı cumhuriyyet.az-ın əldə etdiyi məlumatda o da göstərilir ki, Tofiq Sadıqov Elvin Abbasovdan saxta diplomun düzəldilməsi üçün 8 min manat məbləğində pul alıb. Daha sonra həmin diplomun qanuniliyini təmin etmək üçün ölkənin birinci şəxsinə saxta təqdimat verərək “ən yaxşı müəllim” adının alınması üçün Elvin Abbasovdan 6 min manat əlavə rüşvət alıb. Onun Beyləqan rayon 6 saylı orta məktəbinə tarix müəlllimi vəzifəsinə düzəldilməsi üçün isə 3 min manat pul alınıb. Prezidentin sərəncamı ilə “ən yaxşı müəllim” adına layiq görülən müəllimlərə verilən 5 min manat məbləğində birdəfəlik mükafat da Tofiq Sadıqov tərəfindən mənimsənilib. Başqa sözlə, yazı qəhrəmanımız olan iki qardaşdan biri, cütlüyün təhsil şefi üst-üstə 20 min manata yaxın maddi marağa görə prezident sərəncamına qeyri-qanuni xətt artırıb.
Amma iş bununla bitmir. Beyləqanda “Sadıqovların” kəsdiyi başa sorğu sual belə yoxdur! Bilgili mənbəmiz bildirir ki, həddən artıq oliqarxlaşan “Sadıqov qardaşları” dövlətə və onun rəhbərliyini qarşı sayğısızlıqları ilə də ad çıxardıblar. Əvvəldən “Sadıqovlar qardaşları” qəti müxalifətçı olmaları ilə seçiliblər. Bu baxımdan da onlar hər zaman mövcud hakimiyyətin əlehinə fikirlər səsləndirib, təxribatlar aparıblar. Beyləqandan cumhuriyyet.az-a ötürülən səhih məlumatlarda bildirilir ki, Aztelekom İstehsalat Birliyinin Beyləqan rayon Telekommunikasiya idarəsinin rəisi Ramiz Sadıqov, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Tofiq Sadıqovun imkanlarından yararlanaraq yuxarı distansiyalara belə yalan danışmaqdan çəkinmir. (Onu da bildirək ki, R.Sadıqov bu posta AXC hakimiyyəti dönəmində yüksək vəzifə tutan bir siyasətçinin dəstəyi ilə təyin olunub)Ölkə prezidentinin göstərişi ilə bütün rayonların internet vasitəsi ilə təminatı 100 faizli təmin olması baxımından göstərişinə Beyləqan telekommunikasiya İdarəsinin rəisi Ramiz Sadıqov əhəmiyyət vermədən öz maraqlarını üstün tutub. Bu günlrdə Ramiz Sadıqov xeyir duası ilə altı cızılan qanunsuz əməlləri bağışlanılmamalıdır. Belə ki, xeberci.tv tərəfindən yayımlanan bilgiyə görə prezdentin xüsusi xidmət orqanı tərəfindən Xocavənd icra hakimiyyətinə-prezidentlə bir başa əlaqə yaratmaq üçün dövlət əhmiyyətli internet xətti çəkilərək təmin edilib. Lakin Ramiz Sadıqov bundan da özünə qazanc əldə edə bilib. Ramiz Sadıqov Prezidentlə bir başa əlaqə yaratmaq məqsədi ilə Xocavənd rayon İcra Hakimiyyətinə çəkilmiş xəttə də müdaxilə edə bilib. Mənbə deyir ki, Xocavənd icra hakimiyyətinə verilmiş internet şəbəkəsi 150 kilobayt şərti ilə verilirdisə, Ramiz Sadıqov tərəfindən bu ötürələcək şəbəkinin 100 kb-tı mənimsənilib. Bu fakt isə Aztelekom İstehsalat Birliyinin əməkdaşları tərəfindən aşkarlayıb və problemi aradan qaldırıb. Amma baş verənlərdən belə görünür ki, “Sadıqov qardaşları” heç nədən qorxmadan açıq şəkildə prezidentə qarşı iyrənc addımlar atmaqdan da çəkinmirlər.
Mövzuya qayıdacağıq…