backend

Bu gün niyyət axşamıdır

Bu gün niyyət axşamıdır
























Deyilən duaların qəbul olunduğu aydır

Bu gün axşam Müqəddəs Ramazan ayının niyyət axşamıdır.

qaynarxett.az xəbər verir ki, 12 ayın sultanı Ramazan artıq bu axşam başlayır.

Bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.

Ramazan ayı islam dininin müqəddəs kitabı - Qurani-Kərimin nazil olduğu, dilənən diləklərin, deyilən duaların qəbul olunduğu aydır.

Bu il Azərbaycanda miladi təqvimlə 18 iyun, hicri tarixlə Ramazan ayının birinci günüdür.

Eydül-Fitr (Fitr bayramı) isə şəvval ayının 1-nə, miladi təqvimlə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Bu gün niyyət axşamıdır