backend

Yaponiya alimləri xərçəng xəstəliyini 3 dəqiqəyə müəyyən edirlər

Yaponiya alimləri xərçəng xəstəliyini 3 dəqiqəyə müəyyən edirlər
























Bir damla qan əsasında

Yaponiya alimləri xərçəng xəstəliyini ilkin mərhələlərində diaqnostikasının yeni metodunu tətbiq ediblər. Bu metod bir damla qan əsasında təhlükəli hüceyrələri 3 dəqiqəyə aşkar etməyə imkan verir.

qaynarxett.az xəbər verir ki, bu barədə "Kobe Shimbun" qəzeti məlumat yayıb.

Yeni metodun sınaqları bir qrup mütəxəsiss və MYTECH şirkəti tərəfindən dəqiq tibbi analizlər üzərində ixtisaslaşmış Seva universitetində 2013-cü ildən başlanılmışdır.

Bu məqsədlə xüsusi metal plastinin üzərinə pasiyentin qanını qoyurlar. Ardından o, ultrabənövşəyi şüaların təsirinə məruz qoyulur. Xərçəng xəstələrində qan hüceyrələri işıq saçmağa başlayır.

Sınaqlara ümumilikdə 20 nəfər cəlb edilib və bütün hallarda analizlər düzgün nəticə göstərib.