backend

Təhsil Nazirliyi Ermənistanın cavabını verdi: gəlmirsən cəhənnəmə gəl…

Təhsil Nazirliyi Ermənistanın cavabını verdi: gəlmirsən cəhənnəmə gəl…

















Azərbaycan Təhsil Nazirliyi ermənistanlı şagirdlərin təhlükəsizliyinin təminatı olmadığından Bakıda keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında iştirak etməyəcəyi ilə bağlı Ermənistan Təhsil Nazirliyinin verdiyi bəyanata münasibət bildirib

Azərbaycan Təhsil Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, Azərbaycan Respublikası son illər ərzində çox sayda nüfuzlu beynəlxalq və regional xarakterli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və bu tədbirlər çərçivəsində hər hansı ölkənin iştirakçılarına münasibətdə ayrı-seçkilik nümayiş olunmayıb: “Mövcud təcrübə deməyə əsas verir ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə vətəndaşlığından asılı olmayaraq, bütün iştirakçıların təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görülür. Məhz bu səbəbdən Ermənistan elm və təhsil nazirinin ölkəsini təmsil edən idmançıların Bakıda keçirilən birinci Avropa Oyunlarında tam təhlükəsiz şəraitdə iştirak etdiyi dövrdə bəyanat verməsi isə təəccüb və təəssüf doğurur”.
Nazirlikdən deyilib ki, 47-ci dəfə keçirilən Beynəlxalq Kimya Olimpiadasının reqlamentində iştirakçı ölkələr üçün xüsusi təhlükəsizlik zəmanətinin təmin olunması nəzərdə tutulmayıb: “Bu qayda cari ilin 20-29 iyul tarixlərində Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Bakıda baş tutacaq Beynəlxalq Kimya Olimpiadasına da aiddir. Hər bir beynəlxalq yarışda iştirak və ya iştirakdan imtina istənilən ölkənin öz seçim hüququdur. Birinci dəfə deyil ki, müxtəlif yarışlarda iştirak məsələsi ətrafında Ermənistanın rəsmi dairələri tərəfindən sui-istifadə hallarına yol verilir. Məktəblilərin iştirak etdiyi bu yarışı siyasiləşdirmək cəhdi də təəssüf hissi doğurur. Azərbaycan tərəfi 47-ci Beynəlxalq Kimya Olimpiadasının keçirilməsinə dair üzərinə düşən bütün öhdəlikləri tam həcmdə yerinə yetirir”.