backend

Kredit borcu daha bir nəfərin həyatına son qoydu-MASALLIDA İNTİHAR

Kredit borcu daha bir nəfərin həyatına son qoydu-MASALLIDA İNTİHAR




















Xocavar kənd sakini İbrahim adlı şəxs aldığı pulu banka ödəyə bilmədiyindən özünü tüfənglə vuraraq, öldürüb

Dünən səhər saatlarında Masallı rayonunda dəhşətli intihar hadisəsi qeydə alınıb. JAM.AZ-a verilən məlumata görə, rayonun Xocavar kənd sakini İbrahim adlı şəxs (soyadını dəqiqləşdirməyə çalışırıq-red.) səhər saat 09:00 radələrində özünü ov tüfəngi ilə vurub. Açıdığı atəşdən sonra hadisə yerində keçinib.

Onun özünə qəsd etməsinə səbəb isə kredit borcu ilə bağlı olub. İbrahim adlı həmin şəxs bir müddət əvvəl qızını köçürmək üçün bankdan 2000 dollar kredit götürüb. Devalivasiyadan əvvələ təsadüf etdiyindən aradakı fərq onun ödənişlərinə təsir etməyə başlayıb.

Bank rəsmiləri isə hər gün ona zəng edərək, pulu geri qaytarmasını istəyiblər. Hətta Masallı sakinini hədələyərək, evini əlindən alacaqlarını bildiriblər. İşin maraqlı tərəfi odur ki, İbrahim aldığı kreditin böyük bir qismini qaytarıbmış. Sadəcə, bankdan davamlı olaraq zənglərin gəlməsi və təhdid dolu sözlərdən bezən İbrahim bütün qohumları ilə görüşüb. Amma intihar edəcəyini hiss etdirməyib. Səhər saat 9-da isə evindəki ov tüfəngi ilə özünü vuraraq, öldürüb.

Hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışırıq.