backend

Azərbaycanlı məmurun yaxın qohumunu intihara sövq ediblər?

Azərbaycanlı məmurun yaxın qohumunu intihara sövq ediblər?

























Araşdırma aparılır

Bakıda baş verən intihar hadisəsi ilə bağlı cinayət işi açılıb.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, 1964-cü il təvəllüdlü Məzahir Cəfərovun özünü asması faktı ilə üzrə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, M.Cəfərov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Yaxınları ilkin olaraq 1964-cü il təvəllüdlü Məzahir Cəfərovun intiharına ağır xəstəlikdən irəli gələn psixoloji durumun səbəb olduğunu göstəriblər.