backend

92 yaşlı qadın qocalar evindən məşuqu ilə qaçdı

92 yaşlı qadın qocalar evindən məşuqu ilə qaçdı
























“Bu, həqiqətən təsirləndirici məhəbbət hekayəsidir”

Norveçin Eydsvoll şəhərində qocalar evinin 92 yaşlı sakini İsveçə, 87 yaşlı sevgilisinin yanına qaçıb, The Local xəbər verir.

Müəssisənin personalı qadının gəzmək üçün istifadə etdiyi vasitəni klinikanın park yerində görəndə narahat olublar. Rəhbərlik polisə müraciət edib, amma norveçli qadının qocalar evini sevgilisi ilə məzuniyyətə getmək üçün tərk etdiyi aşkar olunanda axtarışlara son qoyulub. Cütlük maşınla Stokholma gediblər. Onlar kişinin evində bir neçə gün keçirmək qərarına gəliblər.

“Bu, həqiqətən çox təsirləndirici məhəbbət hekayəsidir”, - klinikanın rəhbəri Yanka Holstad bildirib. Onun sözlərinə görə, qadın qeyri-qanuni heç nə etməyib, amma personala həyəcanlı anlar yaşadıb, belə ki, o, öz gedişi barədə xəbərdarlıq etməyib.

Holstad həmçinin bildirib ki, qocalar evinin sakini “boyfriend”nin evində 10 gün keçirib və tezliklə qocalar evinə qayıtmağı planlayır.