backend

Məlik-Paşayan: Ermənilər doğma Bakı üçün ağlayırlar – VİDEO

Məlik-Paşayan: Ermənilər doğma Bakı üçün ağlayırlar – VİDEO























“Azərbaycan mənim vətənimdir”

Keçmiş bakılı Marat Məlik-Paşayan Rusiyanın Krasnodar vilayətində “Qafqaz şansonu”nun məşhur ifaçısıdır. Heç bir erməni toyu və ya tədbiri onsuz keçmir. Onu rus tamaşaçısı da çox sevir.

Məlik-Paşayanın Azərbaycan saytı haqqin.az-a verdiyi müsahibəni təqdim edirik:

- Mahnılarınızın Bakı mövzusu nə ilə əlaqədardır? Aydındır ki, biz bakılıları “Uşaqlıq şəhəri” və “Vətən” mahnıları çox təsirləndirir, amma sizin tamaşaçılarınız rusiyalılardır.

- Necə yəni nə ilə? Bakı – bu, mənim dünyaya göz açdığım, çox sevdiyim və indiyə qədər mehribancasına xatırladığım şəhərdir. Nə edirsən et, Bakı, Azərbaycan mənim vətənimdir. Mən 1974-cü ilin mart ayının 5-də anadan olmuşam.

Əvvəllər “Kubinka” adlanan Korqanov küçəsində yaşayırdıq, sonra isə 9-cu mikrorayona köçdük, orada 16 il yaşadıq, 1990-cı ildə məlum hadisələrə görə Ermənistana, daha sonra isə Rusiyaya köçdük. Amma harada olmağımdan asılı olmayaraq Bakı haqqında xoş xatirə daima qəlbimdədir.

- İrəvanlılar ilə dil tapa bilmədiniz?

- Necə deyim. Başa düşürsüz, gözəl və böyük Bakıdan sonra erməni ucqarında yaşamaq çətin idi. Bakı həyatı özünü büruzə verirdi. Ona görə də oradan köçdük. Əvvəlcə Moskvaya, sonra isə Krasnodara getdik.

- Nə vaxtdan musiqi ilə məşğul olmağa başlamısınız?

- Uşaqlıqdan. Hələ Bakıda musiqili məktəbə gedirdim.

- Siz özünüz musiqi və söz yazırsız?

- Çox zaman özüm yazıram. Bəzən isə musiqiçi dostlarımın xidmətlərindən istifadə edirəm.

- Keçmiş azərbaycanlı sinif yoldaşlarınız, qonşularınız ilə ünsiyyətiniz var?

- Əlbəttə. Biz müntəzəm olaraq zəngləşirik, ünsiyyət qururuq, ötən illəri xatırlayırıq.

- Bakı haqqında mahnılarınıza bakılı ermənilər necə reaksiya verirlər?

- Müxtəlif cür. Kimsə doğma şəhərə dair xəyallara dalır, kim isə ağlamağa başlayır. Neçə illər keçib, amma onlar hələ də Bakını xatırlayırlar. Axı Bakını necə unutmaq olar?

- Uşaqlığınızın şəhərinə qayıtmaq istərdinizmi?

- Əlbəttə! Bakının necə dəyişdiyini gözümün ucu ilə də olsa görmək istərdim, uşaqlıq və gənclik illərimin keçdiyi küçələrdə gəzmək istərdim. Azərbaycan və Ermənistan siyasətçilərinin razılığa gələcəyinə, xalqlarımıza və evlərimizə sülhün qayıdacağına inanmaq istəyirəm.