backend

Azərbaycanlı nazirlər rusiyalı nazirlərə uduzdular

Azərbaycanlı nazirlər rusiyalı nazirlərə uduzdular
























Komandaların heyətinə hökumət üzvləri, deputatlar və idman veteranları daxil olublar

Azərbaycan hökumətinin futbol komandası Rusiyadan olan həmkarları ilə futbol üzrə yoldaşlıq görüşündə məğlub olub.

TASS xəbər verir ki, "Dalğa Arena"da keçirilən görüş 2:6 hesabı ilə başa çatıb. Komandaların heyətinə hökumət üzvləri, deputatlar və idman veteranları daxil olublar.

Azərbaycan komandasının tərkibinə baş nazirin birinci müavini Yaqub Eyyubov, iqtisadiyat və sənaye naziri Şahin Mustafayev, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və başqaları daxil olublar.

Rusiyanı hökumət sədrinin müavini Ardaki Dvorkoviç, energetika naziri Aleksandr Novak, Şimali Qafqazın işləri üzrə nazir Lev Kuznetsov təmsil edib, xokkey üzrə dünya çempionu Aleksandr Oveçkin isə qapıçı qismində çıxış edib.

Hər komandada 11 oyunçu olub. Matç hərəsi 30 dəqiqə olmaqla 2 hissədə keçirilib.