Vəkil rusiyalı milyarderin Qarabağa köçməsinin səbəblərini izah etdi

417

Vəkil rusiyalı milyarderin Qarabağa köçməsinin səbəblərini izah etdi























“O, burda qəsəbə tikmək niyyətindədir”

German Sterliqovun vəkili biznesmenin Rusiyadan köçmə səbəblərini izah edib.

Sahibkar Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda ikinci qəsəbə tikmək fikrindədir.

Bu barədə hüquqşünas Artur Ayrapetov “Komersant FM” radiostansiyasına verdiyi müsahibəsində bildirib.

O, biznesmenin üç həftə bundan öncə Dağlıq Qarabağa köçdüyünü təsdiqləyib, amma motivləri açıqlamayıb. Ayrapetovun sözlərinə görə, buna müxtəlif səbəblər təkan verə bilərdi, RNHT (Rus Millətçilərinin Hərbi Təşkilatı) prosesi ilə əlaqədar vəziyyətdə buna səbəb olması mümkündür, amma o, hadisələri birbaşa əlaqələndirməyib.

Daha öncə, iyulun 6-da “Ruskiy obraz” ultra sağ təşkilatının lideri İlya Qoryaçevin maraqlarını qoruyan vəkil Nikolay Polozov “Qovorit Moskva” radiostansiyasına bildirmişdi ki, Sterliqovun istintaqın versiyasına görə, üzvlərinin bir neçə qətlə aidiyyatı olan RNHT-nin işinə dair məhkəməyə çağırılması planlaşdırılır. Qoryaçevin özünü RNHT-nin yaradılması və ideoloji əsaslarda törədilmiş qətllərdə ittiham edirlər. Polozovun sözlərinə görə Rusiyadan gedən Sterliqov “Ruski obraz” ilə əlaqəlidir.

Xatırladaq ki, iyulun 6-da Sterliqovun Dağlıq Qarabağa yola düşməsi haqqında informasiya yayılıb.