backend

Azərbaycanda altı özəl klinikanın fəaliyyəti dayandırıldı - SİYAHI

Azərbaycanda altı özəl klinikanın fəaliyyəti dayandırıldı - SİYAHI
























Səhiyyə Nazirliyi məlumat yaydı

Səhiyyə Nazirliyinin apardığı yoxlamar zamanı bəzi özəl tibb müəssisələrində qanun pozuntuları aşkar olunub.

qaynarxett.az Nazirliyin məlumatına istinadla xəbər verir ki, 2015-ci ilin birinci yarım illiyində aparılmış yoxlamalar nəticəsində altı özəl tibb müəssisəsinin ("VİP Dental" MMC, "Loğman Klinikası" MMC, "İnvitro" MMC, "Starmed" MMC, "Faiq-96" Müəssisəsi, "Nihat Klinikası" MMC) fəaliyyəti (müəyyən olunmuş tarixədək) dayandırılıb.

Üç özəl tibb müəssisəsinə ("Zaman Tibb Mərkəzi" MMC, "Assmed" MMC, "Medservis" Özəl Tibb Mərkəzi) verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq yalnız poliklinik xidmət saxlanılıb.

Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisələri və tibbi xidmət göstərən fiziki şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cərimə tətbiq edilib.