Dünyanın ən sakit və ən təhlükəli ölkələri - SİYAHIDA Azərbaycan da var » Qaynarxett.az Qaynarxett.az

Dünyanın ən sakit və ən təhlükəli ölkələri - SİYAHIDA Azərbaycan da var

758

Dünyanın ən sakit və ən təhlükəli ölkələri - SİYAHIDA Azərbaycan da var































Avstraliyanın “İnstitute for Economics and Peace” analitik təşkilatı sakit və sülh içində yaşayan ölkələrin reytinq cədvəlini tərtib edib. Təşkilat cədvəli zorakılıq və cinayət sayı, müdafiə və hərbi xərclər, qonşu dövlətlərlə münasibətlər, qaçqın sayı və insan hüquqları sahəsindəki vəziyyətlə bağlı 23 ayrı-ayrı kriteriyalar üzrə tərtib edib.

“İnstitute for Economics and Peace” təşkilatı Şimali Afrika və Yaxın Şərq ölkələrini yaşayış üçün ən təhlükəli ölkələr siyahısına daxil edib. Ən sakit ölkərin sırasında ilk pillələri Şimali Avropa ölkələri tutur.

Hərbi münaqişənin yaşandığı Ukrayna ötən illə müqayisədə 8 pillə geriləyərək 162 ölkə arasında 150-ci yeri tutub. Şimal qonşumuz Rusiyanın da göstəricisi pisləşib və yaşamaq üçün ən təhlükəli ölkələr sırasına daxil olub. Rusiya 152-ci pillədə qərarlaşıb. Qonşularımızdan Türkiyə 135-ci, Ermənistan 91-ci, Gürcüstan 79-cu, İran 138-ci yerdə gəlir. Azərbaycan isə 132-ci pillədə qərarlaşıb.

“İnstitute for Economics and Peace” təşkilatının hesablamalarına görə, ötən il ərzində planetimizdə baş verən zorakılıq faktları ümumilikdə 14,3 trilyon dollar zərərə səbəb olub.

qaynarxett.az saytı reytinq cədvəlinin digər ölkələrini təqdim edir.

1. İslandiya
2. Danimarka
3. Avstriya
4. Yeni Zellandiya
5. İsveçrə
6. Finlandiya
7. Kanada
8. Yaponiya
9. Avstraliya
10. Çexiya

16. Almaniya

21. İspaniya

...

30. Qətər

36. İtaliya

39. Böyük Britaniya
...
42. Cənubi Koreya
....
45. Fransa
...
49. Birləşmiş Ərəb Əmirlikləri
...
55. Vyetnam
...
60. Argentina

70. Moldova

79. Gürcüstan

82. Kuba

87. Qazaxıstan

91. Ermənistan

94. ABŞ

95. Səudiyyə Ərəbistanı

103. Braziliya

106. Türkmənistan

108. Tacikistan

113. Özbəkistan

121. Qızğızıstan

124. Çin

132. Azərbaycan

134. Türkiyə

138. İran

143. Hindistan

148. İsrail

150. Ukrayna

152. Rusiya

153. Şimali Koreya

154. Pakistan

157. Somali

160. Əfqanıstan

161. İraq

162. Suriya