backend

“Muğan” Banka kredit borcu olanlar təhdid edilir

“Muğan” Banka kredit borcu olanlar təhdid edilir




















“Muğan” bank “qoçu dəstəsi” saxlayır

bankın Amil adlı əməkdaşı kredit borcu olan şəxslərə telefon (055211 02 11) açaraq, onlardan qısa müddətdə borclarını ödəməyi tələb edir. Bu azmış kimi, həmin şəxsləri hədələyərək, “mənim kim olduğumu bilirsən? Təcili, bu gün krediti ödə, yoxsa başın ağrıyar” deyə sərt cavab verir.

Həmin şəxsin sözlərinə görə, Amil adlı həmin şəxs ona danışıqlarına fikir versin deyə etiraz edənlərə də “xox” gəlir. Həmçinin “razborkaya” çağırtmaqdan da çəkinmir.

Qeyd edək ki, qanunvericiliyə əsasən heç bir şəxs hədələnə, təhdid oluna və şantaj edilə bilməz. Əgər vətəndaşın banka hər hansı bir borcu varsa, bir neçə xəbərdarlıqdan sonra bank məhkəməyə müraciət edərək, problemi yoluna qoymalıdır. Görünür, “Muğan” Bankda qanun-filan sayan yoxdur. Burada “lotu”, “oğru qanunları”ndan geniş istifadə edir. Bu bankın rəsmiləri və işçilərinin vəzifəsi isə müştəri məmnuniyyətinə nail olmalıdır.

Xatırladaq ki, Muğan Bank deputat, rektor Əhməd Vəliyevə məxsusdur.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Bu “qoçu dəstəsi”nin digər üzvlərinin kimliyi barədə geniş məlumat verməyə çalışacağıq.