backend

Beyləqan rayon Maliyyə İdarəsinin müdiri Oqtay Hacıyevlə bağlı məlumat daxil olub

Beyləqan rayon Maliyyə İdarəsinin müdiri  Oqtay Hacıyevlə bağlı məlumat daxil olub











Beyləqanda maliyyə rəisinin şok yeyintisi

O.Hacıyev uzun zamandır icra başçısı Vaqif Abdullayevin adından rayonun bir çox idarə və müəssisələrindən pul yığır.
Gunxeber.com yazıb ki, O.Hacıyev bunu icra başçısının göstərişi ilə elədiyini deyir. Məlumatda iddia olunur ki, Maliyyə Nazirliyindən Beyləqan Maliyyə İdarəsinin yoxlanılması üçün nümayəndələr göndərilib və O. Hacıyev onları razı salmağa çalışır.
Amma yeyintinin miqyası böyük olduğundan O.Hacıyevin işi çətinə düşüb. O.Hacıyevin əsas yeyinti işi kənd icra nümayəndəliklərinə, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbəsinə cari təmir üçün ayrılan pulları mənimsəməkdən ibarətdir. Bu işdə ona əsas dəstəyi isə Mədəniyyət və Turizm İdarəsinin baş mühasibi Məhəmməd Həsənov verir.
Əvvəllər Pambıq Zavodunun müdiri işləyən O Hacıyevin ikinci diplomunun qanunauyğun olmadığı və Təhsil Nazirliyinin diplom bankında qeydiyyatdan keçmədiyi bildirilir. Diplomu İqtisad Universitetinin Dərbənd filialından aldığı qeyd edilir. Mövzunu diqqətdə saxlayacağıq.