backend

"İqtisadi baxımdan ölkə ərazisində yeni qiymət artımları proqnozlaşdırmırıq"

"İqtisadi baxımdan ölkə ərazisində yeni qiymət artımları proqnozlaşdırmırıq"

Ərzaq məhsullarının qiyməti qalxacaq?























Bunu iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ərzaq və eləcə də qeyri-ərzaq məhsullarının qiymətinin artması ilə bağlı heç bir iqtisadi səbəb yoxdur: "Heç bir halda iqtisadi baxımdan ərzaq məhsullarının qiymətinin artırılmasının əsaslandırılması mümkün deyil. Çünki ərzaq məhsullarının qiymətinin artırılması üçün iqtisadi zəmin yoxdur. Belə ki, bununla bağlı vergilər və rüsumlarda dəyişikliklər yoxdur, nəqliyyat sahəsində də daşınma ilə bağlı hər hansı bir artım baş verməyib. Manatın yeni devalvasiyası müşahidə edilməyib. Belə olan halda təbii ki, Azərbaycanda həm də idxal edilən ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artırılması iqtisadi baxımdan əsaslandırıla bilməz. Bu birmənalı şəkildə süni qiymət artımıdır. Bu baxımdan yaxşı olardı ki, qiymət artımlarına baxılsın. Qiymət artımına iqtisadiyyatın səbəb olub-olmadığı aydınlaşdırılsın və buna uyğun da qərar verilsin".

İqtisadçı qeyd edib ki, kənd təsərrüfatı məhsullarının qiymətində artımlar gözlənilir:

"Bu da mövsümün başa çatması ilə bağlıdır. Digər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinə gəlincə, onların artırılması üçün hər hansı bir iqtisadi zəmin yoxdur".