backend

Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova veto qoyulub

Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova veto qoyulub

Ramiz Zeynalov DYP sistemini necə çökdürür? səbəblər o qədər sadədir ki...














Onun bütün təşəbbüsləri, sosial və inzibati islahatlarına «dur» göstərişi verilib. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən yol polisi sistemində, xüsusilə də magistral yollarda yol nəqliyyat hadisələrinin sayının artması yüyksək dairələrdə narazılıqların artmasına səbəb olub. Həmçinin də yollarda müşahidə kameraları vasitəsilə, həmçinin də radar-müşahidə qurğuları vasitəsilə tərtib edilən protokollardan Daxili İşlər Nazirliyinə edilən şikayətlər var.

Məsələn bu yaxınlarda Bakı-Sumqayıt yolunun Avtovağzla kompleksi yaxınlığında sürücülərə yazılan cərimə protokolları ilə bağlı olaraq narazılıq yaranıb. Hüquqşünasların verdikləri rəylərə uyğun olaraq tətbiq edilən cərimə üzrə 40 manat əvəzinə vətəndaşalara 60 manat cərimə yazılıb.

Bundan başqa yollarda sürət həddinin aşılmasına görə tətbiq edilən prokollarla bağlı da dəfələrlə vətəndaşların şikayətləri yuxarı instansiyalar ünvanlanıb. Lakin nədənsə, hər dəfə DYP rəsmiləri susurlar. Bununla bağlı olaraq ən yüksək instansiyalar isə artıq qərarlarını veriblər. Saytımıza bilgi verən mənbə Dövlət Yol Polisi İdarəsinin ictimayyət arasında fəaliyyətindən də ən yüksək səviyyədə narazılıq var. Bütün inikşaf etmiş dövlətlərdə və sosial şəbəkələr vasitəsilə təbliğat aparılır. Lakin Azərbaycanda bu təbliğat sadəcə olaraq ölüm, yaralı, qəza statistikasını açıqlamaqdan o tərəfə keçmir. Hansı ki, hər bir dövlət qurumunun sosial məsuliyyət anlayışı və bu sahədə ictimayyəti məlumatlandırmaqla bağlı icbari öhdəlikləri var. Xüsusilə də Dövlət Yol Polisi vətəndaşlardan topladığı milyonlarla manat cərimədən bir neçə faizini ictimayyətin maarifləndirilməsinə, sosial təbliğat çarxlarının hazırlanmasına həsr edə bilərdi.

Azərbaycanın magistral yollarında yalnız 2, ən çox halda 3 sosial reklam lövhələrinə rast gəlmək olar. Doğrudur yol nişanlarının tətbiqi səlahiyyətləri «Azəryolservis» ASC-yə aiddir. Lakin sosial məsuliyyət məqsədilə yollarda sürücülərin və vətəndaşların yaxşı mənada tərbiəy edilməsi üçün DYP hansı işi görür?

Məsələn Bakıdan-Qazax rayonuna qədər olan 500 kilometrlik yolda sürücülərin diqqətini çəkən neçə «Ehtiyatlı ol» çağırışı var? Sayı o qədər azdır ki, hər kəs cavab verə bilər. Yalnız Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən «Təhlükəsizlik kəmərlərini taxmağı unutmayın» sözlərinə ara-sıra rast gəlmək mümkündür.

DYP rəisi Ramiz Zeynalov yollarda baş verən nəqliyyat hadisələri, həmçinin də sonuc olaraq yaşanan faciələri azaltmaq üçün yalnız statistik bilgilərimi azaltmağa çalışır. Quru rəqəmlərlə statistika dəyişərmi?
Yol nəqliyyat hadisəsi zamanı avtomobilində qəzaya düşmüş vətəndaşı sıxılmış vəziyyətdən çıxarmaq üçün bütün dünyada Yol Patrul Xidmətinin avtomolində lazımi alətlər olur. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Qruplarının hadisə yerinə çatmasına qədər ilk öncə yollarda xidmətdə olan DYP əməkdaşları xəbər tuturlar. Bəlkə elə yol polisinin avtomobilində elə xilasetmə alətləri olsa, hansısa vətəndaşı xilas etmək mümkün olar…

Bəlkə də…

Bəlkə də cənab Ramiz Zeynalov hansısa cüt rəqəmli illər, tək rəqəmli illər, istismar müddətinin 10 ili başa çatmayan nəqliyyat vasitələri üçün bəzən ildə 2, hətta 3 dəfə texniki baxışdan keçirilmə məcburiyyəti problemini də qaldırsın…

Bəldə də…

Amma deyəsən sözün bütün mənalarında Dövlət Yol Polisi sistemində heç olmasa vətəndaşa ilkin yardım göstərə biləcək şəxsi heyyətə ehtiyac var. Axı cənab prezident, Möhtərəm İlham Əliyev bunu dedi! Nəqliyyat sektorunda problemlər var. Korrupsiya var!

Dövlət qurumunun təkliflərini, bizə bəlli olmayan görülən bütün işləri bilməyə və yayımlamağa hazırıq.