backend

“Maaş bir-birindən ancaq o zaman fərqli ola bilər ki, birinin dərəcəsi digərindən üstün olsun”

“Maaş bir-birindən ancaq o zaman fərqli ola bilər ki, birinin dərəcəsi digərindən üstün olsun”

Əcnəbi və yerli işçi arasındakı maaş fərqi


















Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri: “Maaş bir-birindən ancaq o zaman fərqli ola bilər ki, birinin dərəcəsi digərindən üstün olsun”

Azərbaycanda fəaliyyət göstərən əksər transmilli şirkətlərin əmək qanunvericiliyinə riayət etməmələri heç kimə sirr deyil. Hansısa bir müəssisədə və ya şirkətdə işləyən əcnəbi və yerli işçi arasında fərq qoyulduğu haqda xəbərlərlə yəqin ki, çoxları qarşılaşıb.

Xarici şirkətlərdə çalışan azərbaycanlı işçilər əcnəbilərdən fərqli olaraq dəfələrlə aşağı əmək haqqı alır. Halbuki xarici şirkətlərdə bağlanan müqavilələrə əsasən işçilərin 80 faizini azərbaycanlılar təşkil etməlidir. Ancaq reallıqlar bunun tam əksini deyir. İşçilərlə əmək müqaviləsi bağlanmır.

Əksər xarici şirkətlər ikili mühasibat sistemi ilə fəaliyyət göstərdiyindən əcnəbilərə verdikləri əmək haqlarının məbləği gizli saxlanır. Əcnəbi işçi ilə yerli işçi arasındakı maaş fərqlinə gəlincə isə bu xırda bir fərq olmur. Bu cür şirkətlər hətta vergidən də yayınırlar.

Maraqlıdır, Azərbaycan daxilində fəaliyyət göstərən iş yerlərində əcnəbi işçi ilə yerli işçi arasında əmək haqqı fərqinin qoyulması nə dərəcədə düzgündür?

Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bildirdi ki, eyni dərəcədə olan işçiyə fərqli maaş verilməsi qanuna ziddir: “İnsan hüquqlarının ümumi bəyannaməsində də göstərilib ki, eyni əməyə görə eyni ödəniş sistemi olmalıdır. Bu bizim əmək məcəlləsində də var. Məsələn yerli və əcnəbi beşinci dərəcəli çilingərin hər ikisinə eyni ödəniş olunmalıdır. Əgər əcnəbi işçi ilə eyni müəssisədə eyni dərəcəli vəzifədəsinizsə hər ikisinin maaşı eyni olmalıdır. Maaş bir-birindən ancaq o zaman fərqli ola bilər ki, birinin dərəcəsi digərindən üstün olsun. Buda qanunla tənzimlənir.

Eyni müəssisədə yerli işçiyə az, əcnəbiyə çox pul verilməsi qanunla qadağandı. əgər bu hal kütləvidirsə, burada iş verən cinayət məsuliyyəti daşıyır. Adi halda isə Dövlət əmək müfəttişliyi xidməti əmək qanunvericiliyinin pozuntusu ilə bağlı işə götürənin hüquqi şəxs kimi məsuliyyətə cəlb edə bilər”.