backend

Məhkəmə Quran ayələrini qadağan etdi və...

Məhkəmə Quran ayələrini qadağan etdi və...

Rusiyada sensasion qalmaqal





















Rusiyada məhkəmə dini bir kitabda yer alan Quran ayələrini "radikal " adlandıraraq qadağan olunmasına qərar verib.

Rusiyanın Cənubi Saxalin şəhərində məhkəmə bir kitab içərisində yer alan Qurani-kərim ayələrini "radikal" hesab edərək qadağan edib. görə hədsiz olaraq qadağan olundu.

Hakim Natalya Percenko "Allaha duanın mənası və əhəmiyyəti" adlı kitabda Qurani-kərim ayələrini "ekstremizm" hesaab edib. Məhkəmə sədri Aleksandr Çuray isə hakimin qərarında səhvə düşmüş ola biləcəyini deyib.

Hakim Percenkonun bu qərarına ən böyük etiraz isə Çeçenistan prezidenti Ramzan Kadirovdan gəlib. Kadırov hakimin bu qərarını "ölkədə stabilliyi pozmağa yönəlmiş təşəbbüs və millətə xəyanət" kimi səciyyələndirib.


Şəhər məhkəməsinin sədri Çuray isə çeçen liderə hakimin qərarı ilə bağlı hüquqi yollara müraciət etməyi məsləhət görüb.

Rusiya Müftilər Şurasının həmsədri Nafigulla Aşirov isə bu qərara etiraz etdiklərini, dünyəvi məhkəmələrin səmavi kitabların mətnləri üzərindən qərar verməsinin doğru olmadığını deyib.