backend

Təsi kənd məktəbində isə, coğrafiya, təbiətşünaslıq, biologiya, kimya fənnlərini direktorun əmisi tədris edir

Təsi kənd məktəbində isə, coğrafiya, təbiətşünaslıq, biologiya, kimya fənnlərini direktorun əmisi tədris edir

Füzuli Gülalıyev müəllimləri Qobustandan qovur















Olkənin təhsil sistemində həyata keçirilən islahatların bu sahədə çalışan bəzi korrupsioner məmurlar tərəfindən qəsdən ləngidilməsi hələ də davam edir. Artıq uzun müddətdir ki, Qobustan rayonunda təhsilin son dərəcə acınacaqlı bir vəziyyətdə olması yerli ictimaiyyəti təşviş içərisində saxlayır. Ayrı-ayrı vətəndaşların müxtəlif instansiyalara ünvanladıqları həyəcan dolu məktub və ərizələrdə durumun son dərəcə gərgin həddə çatdığı aşkar bildirilir. Dünən redaksiyamıza müraciət etmiş Orucova Şərqiyyə Ziyad qızı isə, Qobustan təhsilini hazırkı duruma gətirib çıxaran bəzi pərdəarxası proseslərin canlı şahidi olmuşdur. Qeyd edək ki, Şərqiyyə xanım Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatçısıdır. Əslində qonağımız üzləşdiyi problemi özü qələmə alaraq bizə hazır material təqdim etmişdi. Lakin bəzi subyektiv səbəblərdən, biz həmin materialdan yalnız bəzi çıxarışları təqdim edəcəyik. Beləliklə Şərqiyyə xanım yazır: “2015-ci ildə Azərbaycan Təhsil Nazirliyinin ənənəvi “Müəllimlərin işə qəbulu” imtahanlarında iştirak etdim və Qobustan rayonu Təsi kəndinə müəllimə təyin edildim. Nə kəndin ucqar bir kənd olması, nə yolların bərbadlığı, nə dərs yükünün azlığı (9 illik məktəbdə 8 saat dərs yükü) mənim çalışmaq əzmimi, yenidən şagirdlərlə işləmək istəyimi kölgələyə bilmədi. Elə ilk görüşdəncə istər Qobustan rayon Təhsil Şöbəsində inspektorlar tərəfindən, istərsə də Təsi kənd məktəbində direktor tərəfindən mənə ancaq bu fikirləri aşılamağa çalışdılar ki, yol uzaqdır, bərbaddır, qışda ümumiyyətlə keçilməzdir, kənddə yaşayış üçün ən zəruri şərait belə yoxdur...” Çox maraqlıdır ki, ucqar kənd və qəsəbələrdə hər zaman müəllim qıtlığından şikayət olunduğu halda Qobustan RTŞ-nin rəhbərliyi və əməkdaşları könüllü olaraq, bütün bu çətinliklərə rəğmən öz elmini kəndə gətirmək istəyən müəlliməni bu işdən çəkindirməyə çalışırlar. Amma Şərqiyyə xanım bu məsələyə bütün detalları ilə aydınlıq gətirir: “Dərs yükünün az olması, həmin kənddə müəllim işləyəcək adamlara nəzərdə tutulan H2-həvəsləndirmə ödənişlərinin mənə şamil olunmaması mənim orada davamlı yaşamağıma mane olduğundan mən dərslərə həftədə 1 gün kəndə gəlib, 2 gün qalmaqla davam etməyi qərara aldım və başqa cür mümkün də deyildi. Hətta bu şərtlər daxilində çalışmağa razılaşmağım belə özü-özlüyündə əslində fədakarlıq idi və heç bir maddi gəlir güdülmürdü bu işdə. Baxın: 8 saat dərs + 2 saat (fakültətiv dərs) = 10 saat x 12 AZN = 120AZN. Yol pulu – minimum10 AZN x 4 həftə = 40 AZN + ev kirayəsi ~ 50 AZN = 90 AZN. Deməli, mən alacağım 120 manatın hər ay azı 90 manatını yola və ev kirayəsinə sərf edəcəkdim. Hiss edirdim ki, mənim bütün bu problemləri sakitliklə qəbul etməyim mənə mane olmaq istəyənlərdə böyük təəccüb doğurur. Xüsusilə direktor Telman Mustafayev və Təhsil Şöbəsinin inspektoru Cahid müəllim (soyadını xatırlamıram) “Bu iş alınmayacaq! Siz işləyə bilməyəcəksiniz!” – deyə hər vəchlə məni ruhdan salmağa çalışırdılar. Mənim bu rayonda yaşayış yerimin olmadığını bildikləri halda sentyabrın 1-dən 15-dək mütəmadi olaraq işdə olmağı məndən tələb etdikləri zaman mən Təhsil Şöbəsinin müdiri Füzuli Gülalıyevə müraciət etdim və o, mənə bildirdi ki, bu 15 gün üçün mənə şəxsən özü icazə verir. Füzuli müəllim mənə deyəndə ki, “Bizim sizin kimi müəllimlərə çox ehtiyacımız var. Narahat olmayın, nə probleminiz olsa mənə deyərsiniz.” Elə bildim ki, həqiqətən arxamda bir böyük qardaş, bir ata dayanıb və o, imkan verməz ki, məni bu işdən imtina etməyə məcbur etsinlər...”
Lakin az bir müddətdən sonra Şərqiyyə xanım bu zənnində yanıldığına əmin olub. Qobustan rayonunun istinasız olaraq, bütün təhsil müəssisələrinə şamil edilən və bir başa RTŞ müdiri tərəfindən yönləndirilən maddi maraq prinsipləri bu dəfə də öz işləkliyini saxlayıb. Daha sonra Şərqiyyə xanım yazır: “Məsələ gəlib çatanda dərs cədvəlinin tərtib olunmasına, mən direktordan xahiş etdim ki, vəziyyəti nəzərə alsın və dərslərimi ardıcıl olaraq 2 günə salsın. Əvvəlcə o, etiraz etmədiyini bildirdi və bu işə yeganə etiraz edən şəxs kimi, inspektor Cahid müəllimi göstərdi. Mənim Cahid müəllimlə görüşməyim də heç bir nəticə vermədi. Cahid müəllim bu işi az qala beynəlxalq bir sferaya çıxararaq, dövlət çevrilişinə cəhd qədər ciddi bir təpki göstərdi. Onun sözləri indi də məni düşündürür: “Siz xalqın balalarını daha da kor edərsiniz! O kənddə onsuz da nəticələr sıfırdır, siz isə daha da betər edəcəksiniz!” Mən bu adamı heç cür inandıra bilmədim ki, heç ola bilməz ki, ixtisaslı müəllim qeyri-ixtisas müəllimindən daha pMən “Füzuli müəllim, mən sizə güvənirdim. Elə bilirdim siz bir böyüklük edərsiniz, mənim problemim həll olunar. Axı, bu elə qlobal bir məsələ deyil” - deyəndə, aldığım cavab məni güllə kimi tutdu: “Sən məni nə tanıyırsan ki, mənə güvənirsən? Mən işçilərimin dediklərindən kənara çıxa bilmərəm!”...Yaxşı deyiblər, ayının min oyunu bir armudun başındadır. Qobustan RTŞ-nin müdiri Füzuli Gülalıyevin, inpektor Cahid müəllimin və Tesi kənd orta məktəbinin direktoru Telman Mustafayevin bütün bu səyləri də yalnız bir məqsədə, həmin məktəbdə coğrafiya, təbiətşünaslıq, biologiya və kimya fənnlərinin direktorun qohumunun “əlində qalmasına” xidmət edirmiş. Bu barədə Şərqiyyə xanım yazır: “Son sözüm isə Cahidə oldu: “Axı siz niyə belə ciddi-cəhdlə ixtisas müəlliminin o kəndə getməsinə mane olursunuz? Belə olan halda biologiya dərslərini yenə də coğrafiya müəllimi aparacaq. O isə, sizin yox, direktorun əmisidir, amma siz ondan betər canfəşanlıq edirsiniz!” Onun cavabı məndə elə bir ikrah hissi doğurdu ki, sözlə ifadə etmək mümkün deyil: “Müəllimə, mən indi sizdən eşidirəm ki, coğrafiya müəllimi direktorun əmisidir, bilmirdim”. Bir anlıq fikirləşdim ki, heç bir xəcalət hissi keçirmədən bu dərəcədə ağ yalan danışmağı bacaran adamlardan nə qədər uzaq olsam, o qədər yaxşıdır. Necə olabilərdi ki, cəmi 1 dəfə Təsidə, 3 dəfə Qobustanda olduğum halda mən bilirəm ki, o məktəbin müəllimlərinin əksəriyyəti direktorun qohum-əqrabalarıdır. Buna görə də, dərs yüklərinin yetərincə olması üçün yeni gələn müəllimləri hər vəchlə təyinatından imtina etməyə vadar edirlər. Məktəbdə isə, bir müəllim 3-4 fənni tədris edir ( məsələn, coğrafiya, təbiətşünaslıq, biologiya, kimya fənnləri direktorun əmisinindir). Həmin məktəbə təhkim olunan inspektor isə, iddia edir ki, bunlardan xəbərsizdir...”Maraqlıdır ki, dövlət strukturlarına, o cümlədən təhsil sahəsində fəaliyyət göstərən müəssisələrə işə qəbul qaydaları getdikcə sərtləşdirildiyi və eyni zamanda da bu prosedurun daha çox şəffaflaşdığı bir məqamda, Füzuli Gülalıyev sanki öz toxunulmazlığını xüsusi qeyd etmək məqsədilə bu kimi əməllərinə davam etməkdədir. Şərqiyyə Orucovanın təqdim etdiyi bu fakt bir Qobustan RTŞ müdirinin TN-nin qərarlarına etinasızlığını daha isbatlayır. Ümid edirik ki, məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılacaq və qanun pozuntusuna yol vermiş məmurlar ciddi şəkildə cəzalandırılacaqlar.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.is nəticələr əldə etsin. Xahiş etdim ki, mənə yarım il şans verin, sonra nəticə tələb edin. Olmadı. Böyük inam və ümidlə Təhsil Şöbə müdirinin yanına getdim, vəziyyəti anlatmağa çalışdım. O isə, Cahid müəllimi dəvət etdi və ona “Sənə tam səlahiyyət verirəm, qərarı sən ver!” dedi. İnspektor da mənə dediklərini eynən təkrarladı və qəti etirazını bildirdi.