backend

Sentyabrın 15-dən etibarən paytaxtda fəaliyyət göstərən taksilərin xidməti ciddi araşdırılacaq

Sentyabrın 15-dən etibarən paytaxtda fəaliyyət göstərən taksilərin xidməti ciddi araşdırılacaq

Bakıda yeni taksi qadağası qüvvəyə minəcək











Araşdırmalar zamanı sürücülərin taksi fəaliyyətilə məşğul olmaq üçün lisenziyalarının olub-olmaması müəyyənləşdiriləcək. Taksi fəaliyyəti üçün lisenziyası olmayan sürücülərin maşınları dərhal cərimə meydançasına aparılacaq. Sürücülərin özlərinə isə böyük məbləğdə cərimələr tətbiq ediləcək.
Qanun pozuntusuna yol verən sürücülərin kimliyindən və statusundan asılı olmayaraq onlara heç bir güzəştlər olmayacaq.

Bundan başqa, lisenziyası olan, lakin taksi xidmətinə yararsız olan avtomobillərin fəaliyyətinə də son qoyulacaq. Sovet avtomobilləri, içərisində şəraiti olmayan və sərnişinlərin təhlükəsizliyinə cavab verməyən avtomobillərlə taksi xidməti göstərməyə imkan verilməyəcək.

"Tutaq ki, maşın "Mercedes" markalıdır. Lakin avtomobil texniki baxımdan yararsızdır. İçərisində kondisioner və havalandırma sistemi yoxdursa və digər təhlükəsizlik göstəriciləri yetərincə deyilsə, həmin avtomobil sürücülərinə də taksi xidmətilə məşğul olmağa imkan verilməyəcək. Taksilərin rənglərinə də fikir veriləcək. Əsasən ağ, sarı rəngli taksilərə üstünlük veriləcək", - deyə mənbədən bildirilib.