backend

EVRASCON şirkəti fəhlələrin bir aylıq əməkhaqqını ödəyib

EVRASCON şirkəti fəhlələrin bir aylıq əməkhaqqını ödəyib

Abid Şərifovun ailə şirkəti fəhlələrin pulunu qismən ödədi













Xəbər verdiyimiz kimi, Ələt-Astara avtomobil yolunu inşa edən EVRASCON şirkətinin 1200 nəfərə yaxın işçisi may ayından əmək haqlarını ala bilmir. Başqa çıxış yolu tapa bilməyən EVRASCON işçiləri sentyabrın 9-da aksiya keçirərək maaşlarının verilməsini tələb etmişdilər.

Həmin gün şirkətin Direktorlar Şurasının sədri Manaf Şirinov Salyanın Çuxanlı kəndindəki düşərgədə yol çəkənlərlə görüşmüş, onları "yola gətirərək” bildirmişdi ki, aksiya keçirmək "düzgün hərəkət” deyil. O demişdi ki, EVRASCON-un maliyyə vəziyyətinin olduqca ağır olmasını nəzərə almaq lazımdır. M.Şirinov o zaman bunu da bildirmişdi ki, buna baxmayaraq may ayından bəri yığılıb qalmış əməkhaqqı borcların 2 ayını yaxın vaxtlarda, konkret olaraq may ayının əməkhaqqını sentyabrın 11-də, iyun ayının əməkhaqqını isə sentyabrın sonunda ödəyəcəklər.

Şirkət rəhbərliyi dünən - sentyabrın 11-də işçilərin may ayına olan əməkhaqqı borcunu ödəyib. Amma Ələt-Astara yolunda tikinti işləri yanacaq olmaması əsas gətirilərək artıq üçüncü gündür ki, dayandırılıb.

Xatırladaq ki, EVRASCON baş nazirin müavini Abid Şərifovun ailə şirkətidir. Abid Şərifov şirkətin qardaşına məxsus olduğunu mətbuata aşıqlamasında özü də təsdiqləyib.

Bu firma Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan "Azərkörpü” ASC-dir, adını dəyişib. Bildirilir ki, ASC-nin fəaliyyətində ciddi maliyyə maxinasiyalarına yol verilib, milyonlarla vəsait təyinatı üzrə xərclənməyib. Bu ilin əvvəlində "EVRASCON” ASC-nin 232,7 milyon manat kreditor borcu olub. Bunun 67,5 milyonu banklardan cəlb edilib.