backend

Respublikamız iqtisadi cəhətdən ilbəil güclənir

Respublikamız iqtisadi cəhətdən ilbəil güclənir

1000 nəfərə yaxın işçinin işsiz qalması təhlükəsi yaranıb















Buna səbəb dövlətimizin yeritdiyi iqtisadi siyasətin düzgün formalaşdırılmasıdır. Bu siyasətin əsas qollarından biri də sahibkarlığın inkişaf etdirilməsidir. Sahibkarlığın inkişafına həm ölkə başçısı, həm də dövlət qurumları lazımi diqqət və qayğını göstərir.
Son illərdə nəqliyyat sahəsində də sahibkarlığın inkişafına yaradılan şərait diqqətdən yayınmır. Bu nöqteyi-nəzərdən yük və sərnişin nəqliyyatında olan bir çox problemlər, çatışmazlıqlar öz həllini tapıb. Nəqliyyat sarıdan sakinlərin şikayəti nəzərəçarpacaq dərəcədə azalıb.
Lakin bəzən elə hallara rast gəlirik ki, həyata keçirilən hər hansı bir tədbir həm sürücülərin, həm sahibkarların, həm də sərnişinlərin haqlı narazılığına səbəb olur.
Qeyd edək ki, “Transqeyt” MMC uzun müddətdir ki iritutumlu avtobuslarla Bakı şəhərində şəhərdaxili sərnişindaşıma ilə vətəndaşlara yüksək xidmət göstərib. Həmçinin “Transqeyt” MMC əhəmiyyətli dövlət tədbirlərində yaxından və fəal iştirak edib. Hətta ölkəmizdə keçirilən “Avroviziya” mahnı müsabiqəsində “Transqeyt”MMC-nin göstərdiyi xidmət aidiyyatı dövlət orqanları tərəfindən yüksək qiymətləndirilib.
Onu da qeyd edək ki, Bakı şəhərində keçirilən ilk Avropa Oyunları zamanı sərnişinlərə və xarici qonaqlara xidmət etmək üçün “Transqeyt” MMC tərəfindən yüksək təcrübəli 298 nəfər peşəkar sürücü iştirak etmişdir.
Bizimxeber.az-n əməkdaşının əldə etdiyi məlumata görə, MMC-də 30 marşrut sərnişinlərə nəqliyyat xidməti göstərib. Hər gün bu marşrutlara 350-dən çox avtobus xəttə çıxırdı. Bu marşrutlar minlərlə sərnişinlərə nəqliyyat xidməti göstərirdi.
Lakin bu marşrutların yüksək xidmət göstərmələrinə baxmayaraq, son 4 ayda onların xəttə çıxmasında maneələr yaradılmışdır.
Redaksiyamıza Transqeyt” MMC-də fəaliyyət göstərən müxtəlif işçilər tərəfindən daxil olan müraciətdə qeyd olunur ki, MMC-yə qarşı ədalətsizliyə yol verilir: “Naməlum səbəblərdən “Transqeyt” şirkətinə qarşı qərəzli mövqey tutulub. Səkkiz ilə yaxın bir müddətdə şərəflə və qanun çərçivəsində fəaliyyət göstərərək vətəndaşlarımıza layiqincə xidmət göstərən insanların əməyi yerə vurulur. Bunun nəticəsində minə yaxın əməkdaşın işsiz qalmaq təhlükəsi var”.
“Transqeyt” MMC-nin bir neçə sürücüsü qeyd edir ki, “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-yə təyin olunan yeni rəhbərliyin vaxtında, yəni 2015-ci ilin may ayından etibarən 1, 6,10,14, 20, 25, 32, 40, 86, 90, 95, 100, 101, 107, 120, 125, 131, 132, 141, 150, 187, 189, 195, 197 saylı marşrut xətləri “Tranqeyt” MMC-nin istismarından alınaraq, xidməti keyfiyyəti və istismar etdiyi avtobusların keyfiyyəti qat-qat aşağı olan digər daşıyıcılara verilmişdir.
107 və131 saylı marşrutlarda işləyən sürücülər isə deyirlər ki, “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin təyin olunan yeni rəhbəri (baş direktoru Ziya Bünyadzadədir) tərəfindən xəbərdarlıq edilmədən avtobuslar cərimə meydançasına aparılmış və bu marşrutlar qanunsuz olaraq, sürücülərdən alınaraq, digər daşıyıcılara verilmişdir. Sürücülərə isə bildirilib ki, güya avtobuslar köhnədir. Hal-hazırda isə həmin marşrutlar xidməti keyfiyyəti aşağı olan başqa daşıyıcılara verilmişdir.
“Transqeyt” MMC-də çalışan sürücülər deyirlər ki, “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin işçiləri və rəhbəri digər daşıyıcılarla müqayisədə bizə qarşı qərəzli mövqe tutmuşlar: “Bəhanə edirlər ki, güya “Transqeyt” MMC-nin avtobusları köhnədir, halbuki qanuni baxımdan “Transqeyt” MMC-yə avtobusların yenisi ilə əvəz olunmasına görə vaxt verilməli idi.
Radio verilişlərinin birində 88 nömrəli marşrutda olan avtobusların köhnə olmasından və bu marşrutun “Transqeyt” MMC-yə məxsus olmasından danışılmışdı. Halbuki, bu marşrutun “Transqeyt” MMC-yə heç bir aidiyyatı yoxdur və yaxud bəhanə edilir ki, güya avqust ayının 29-da bir avtobus yanıb. Belə hadisələr hər bir şirkətdə baş verə bilər. Hadisənin səbəbi hələ də məlum deyil. Digər bəhanə isə ondan ibarətdir ki, güya sürücülər qiyməti qaldırırlar. Halbuki bəzi marşrutlarda sərnişinin gediş haqqı 35 qəpik olduğu halda sürücülər hər sərnişindən 50 qəpik gediş haqqı alırlar. Belə faktlar onlarladır. Bəli, yersiz bəhanələr deyilir. Biz bu bəhanələri sadalamaq istəmirik”.
Sürücülərin müraciətində həmçinin qeyd olunur ki, bu ayın 9-dan indiyədək “Transqeyt” MMC-yə məxsus olan avtobusları, ümumiyyətlə, müxtəlif bəhanələrlə xəttə buraxmırlar. Və bu da sərnişilərin haqlı narazılığına səbəb olub. Çünki səkkiz ilə yaxın bir müddətdə daima bu marşurutlarla əhaliyə layiqincə xidmət göstərilib. Biri birinin ardınca stabil şəkildə fəaliyyət göstərən aftobuslara alışmış insanlarımız heç bir xəbərdarlıq onunmadığına görə çaşbaş qaıblar”.
Onu da qeyd edək ki, sentyabr ayının 11-də “Transqeyt” MMC-də fəaliyyət göstərən 30 yaxın sürücü dərdlərini söyləmək üçün Nəqiliyyat Nazirliyinə üz tutublar.
Belə qənaətə gəlirik ki, “Transqeyt” MMC-yə qarşı qərəzli mövqe tutulub. Bu isə 1000-ə yaxın işçinin işsiz qalmasına səbəb olub.
Müraciətdə qeyd olunanlarla bağlı əlavə məlumat almaq üçün “Transqeyt” MMC-nin rəhbərliyi ilə əlaqəı saxlamaq mümkün olmayıb. Mövzunu diqqətdə saxlayacağıq. Ümid edirik ki, aidiyyatı təşkilatlar bi vəziyyəti araşdıracaq, obyektiv tədbir görəcəklər.