backend

Beyləqan rayon Maliyyə İdarəsinin müdiri Oqtay Hacıyevlə bağlı məlumat

Beyləqan rayon Maliyyə İdarəsinin müdiri Oqtay Hacıyevlə bağlı məlumat

Beyləqanın maliyyə bossunun maliyyə maxinasiyaları















Məlumatda bildirilir ki, O.Hacıyev uzun zamandır icra başçısı Vaqif Abdullayevin adından rayonun bir çox idarə və müəssisələrindən pul yığır. O.Hacıyev müəyyən ştatlaı məhz pulla idarələr satır və bunu icra başçısının göstərişi ilə elədiyini deyir. Məlumatda iddia olunur ki, Maliyyə Nazirliyindən Beyləqan Maliyyə İdarəsinin yoxlanılması üçün nümayəndələr göndərilib və O. Hacıyev onları razı salmağa çalışır. Amma yeyintinin miqyası böyük olduğundan O.Hacıyevin işi çətinə düşüb. Məlumatda bildirilir ki, O.Hacıyevin əsas yeyinti işi kənd icra nümayəndəliklərinə, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbəsinə cari tamir üçün ayrılan pulları mənimsəməkdən ibarətdir. Bu işdə ona əsas dəstəyi isə Mədəniyyət və Turizm İdarəsinin baş mühasibi Məhəmməd Həsənov verir. Əvvəllər Pambıq Zavodunun müdiri işləyən O Hacıyevin ikinci diplomunun qanunauyğun olmadığı və Təhsil Nazirliyinin diplom bankında qeydiyyatdan keçmədiyi bildirilir. Məlumatda onun, diplomu İqtisad Universitetinin Dərbənd filialından aldığı qeyd edilir.
Bu məsələ ilə bağlı redaksiyamıza daha ciddi məlumatlar daxil olub və hazırda onları araşdırırıq. Bundan sonra həmin məlumatları təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.