Akademik Milli Dram Teatrının bir qrup tanınmış aktyoru məhkəməyə müraciət edəcək

gundem 13-09-2015, 15:23
Akademik Milli Dram Teatrının bir qrup tanınmış aktyoru məhkəməyə müraciət edəcək

Aktyorlar teatr direktorunu məhkəməyə verir

























Akademik Milli Dram Teatrının bir qrup tanınmış aktyoru məhkəməyə müraciət edəcək.
Bu barədə məlumat sözü gedən teatrdan daxil olub. Məlumata görə, onlar xalq artisti, mərhum sənətkar İlham Əsgərovun ölümündə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovu ittiham edirlər. Aktyorlar qeyd edir ki, İ.Əsgərovun ölümünün səbəbi hüquq mühafizə orqanları tərəfindən araşdırılmalı və günahkar cəzasız qalmamalıdır. İddia olunur ki, Xalq artistinin qəfil ölümünün səbəbi direktor İsrafil İsrafilovun onu əsəbiləşdirməsi olub.

Məsələ ilə bağlı hüquq müdafiəçisi Müzəffər Baxış AzNews.az-a açıqlamasında bildirib ki, əgər belə bir iddia varsa, onunla bağlı məhkəmə orqanlarına deyil, prokurorluğa müraciət olunmalıdır: "Bu məsələyə prokurorluq orqanlarında baxılmalıdır. İlham Əsgərovun ölümü ilə İsrafil İsrafilovun hərəkətləri arasında hər hansı əlaqə varsa, bu hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdr”.
Oxunub: 654
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10