backend

Korrupsiya ittihamı

Korrupsiya ittihamı

Ağstafanın icra baçısı a qarşı şok iddia






















Ağstafadan Ceyhun Şirinov adlı oxucumuz rayonun icra hakimiyyətinin rəhbərliyi haqqında ittiham dolu şikayət məktubu gəlib. Həmin şikayət məktubunu təqdim edirik, ancaq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğumuzu bəyan edirik:

"Dəfərlərlə müxtəlif səviyyələrdə qeyd olunub ki, rayonlarda bir çox icra hakimiyyətinin başçıları həftənin bir, ötsə iki günü rayonda olub, qismən idarəetmə işləri ilə məşğul olur. Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev həftənin birinci və ikinci günləri rayonda, digər vaxtlarda Bakıda özünün biznesinin başında olur. Rayonun idarəetməsini təhvil verib birinci müavini Ramiz Tatarova.

Tatarov isə idarə, müəssisə, sahibkarlıq subyektlərindən rüşvət toplamaqla rayonda mağaza, obyekt yerləri, həyətyanı ev sahələrini satmaqla talançılıqla məşğul olur, Məhərrəm Quliyevə hər həftənin birinci günü “hesabat” verir. “Can canadır Ağstafada, kim kimədir bilinmir”, kütləvi şəkildə hamıdan rüşvət yığılır. Bu mexanizmin əvəzedilməz “maşını” Tatarov Ramiz YAP Ağstafa təşkilatının sədri kimi rayonda təşkilatlanmanı da unudub. Rüşvət gözünü örtüb. Bu Tatarov Ramiz Ağstafada neçə ailələri yazıq edib, çörəyə möhtac, susuz, qazsız, torpağı əlindən alınmış onlarla şəxs bu gün də Tatarov Ramizə qarğışçıdır. Bu şəxs Ağstafanın icra başçısı olmuş Cümşüd Musayevin (hazırda Cümşüd Musayev rayon statistika idarəsinin rəisidir) dövründə onlarla bələdiyyə sədrini birlikdə bədbəxt edib. Bələdiyyə sədrlərinin əli ilə milyon manatlarla vəsaiti mənimsəyiblər, indi bələdiyyələri rayon prokurorluğu yoxlayır, günahı da bədbəxt bələdiyyə sədrlərində axtarırlar. Halbuki, Cümşüd Musayev (Cümşüd Musayevin ayaması da var, onu düdük Cümşüd də adlandırırlar) Tatarov Ramizlə birlikdə bir neçə il bələdiyyələrə ayrılan dotasiyaları mənimsədilər. Bələdiyyə sədrlərinə saxta sənəd tərtib etdirib imza atdırdılar. İndi onlar işləyir, bələdiyyələr tutulası olur. Zamanında Cümşüd Musayevlə Tatarov Ramiz çox yaxın idi (Hazırda da belədir, amma özlərini düşmən kimi təqdim edirlər). Cümşüd Musayevin qardaşı Eldar Musayev Rəsul Quliyevin dostu, ADP-nin üzvü idi. Guya Heydər Əliyevdən sonra Rəsul Quliyev hakimiyyətə gələcəkdi. Cümşüd Musayev Bakıya mötəbər vəzifəyə, Tatarov Ramiz rayon icra hakimiyyətinin başçısı olacaqdı. İndi belələri rayonu talayır, yetim-yesir tutulası olur.
Ümumiyyətlə, yeraltı və yerüstü qaz kəmərlərini Kolayır kəndində yerləşən Su Paylayıcı stansiyasından rayonun bütün kəndlərinə gələn 330 mm-lik su borularını doğradıb, qara bazarda satdıran Ramiz Tatarov bu gün rayonda aparılan abadlıq, regionların sosial-iqtisadi dövlət proqramından irəli gələn işlərə öz töhfəsini verə bilərmi?! Təbii ki, “yox” cavabı yetərsaydır! Rayon mərkəzindən 70 km aralıda Gürcüstanla sərhəddə yerləşən Sadıqlı kəndinə gedən 530 mm-lik qoşa qaz kəmərlərini çıxartdırıb satdıran şəxsə bu gün rayonun idarəçiliyini həvalə etmək olarmı?! Təkrar “yox” fikri səslənər! Elə isə Qravi çay hövzəsindən Ceyrançöl ərazisinə çəkilmiş Tovuz Su Təchizatı İdarəsinin balansında olan 46.8 km 620 mm-lik və 377 mm-lik su kəmərlərini sökdürüb satdırmasına özü himayədarlıq edən Tatarov Ramiz nədən cinayət məsuliyyətinə cəlb olunmur, əksinə rayonun bu gün idarəetməsi ona həvalə olunur?!..
2009-2010-cu illərdə Ağstafada aparılan yenidənqurma işlərini Cümşüd Musayev Tatarov Ramizə həvalə etdi. 800 min manat vəsait Ağstafa şəhər İcra nümayəndəliyinin vasitəsi ilə mənimsənildi. 800 min manat vəsait R.Tatarova məxsus Tatlı kəndində daş karxanasına Ağstafa şəhər İcra nümayəndəliyinin imzası ilə köçürüldü, vəsaiti Tatarov - Musayev tendemi mənimsədi. Heç bir abadlıq işi görülmədi. İndi belə şəxslərdən biri millət vəkili, digəri rayona təkrar rəhbərlik etmək həvəsinə düşüb. Tatarov Ramizin təhriki ilə rayonun Ağgöl qəsəbə sakini 120 min manat dəyəri olan cinayət işinə təhrik edilib. Yenə saxta sənədlər tərtib olunub, neft boru kəmərinə dair vəsait mənimsənilib. Rayonda aparılan yoxlamalar bu şəxsin yuxusunu ərşə çəkib. Bu cinayət hadisəsindən ona cəmi 5 min manat verilib. Həmin şəxs məcbur razılaşıb, pula isə özünə köhnə bir VAZ 2107 markalı avtomobil alıb. Cinayətin üstü açılmaq üzrədir. Həmin şəxsin bildirdiyinə dair o hər dəqiqə rayon prokurorluğuna çağrılıb, izahat verə bilər. Adını hələlik qeyd etmədiyimiz şəxsi də Tatarov Ramiz, Musayev Cümşüd bədbəxt edib. Belə də Cümşüd Musayevin Ağstafa rayonunda bir neçə apteki var. Bu apteklərdən hər gün dərman alan şəxslər bədbəxt olur. Səbəbi də budur ki, apteklərdə saxta dərmanlar satılır."