backend

Binalar penoplastla üzlənir (FOTO)

Binalar penoplastla üzlənir (FOTO)

Binalar penoplastla üzlənir (FOTO)




Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50 ünvanındakı binanın fasadını yenidən penoplastla üzləməyə başlayıblar. Şəhər sakinlərindən biri həmin binadan çəkdiyi fotoları “Azadlıq” radisouna göndərib. O yazır ki, binaların tezalışan poliuretan üzlüklərlə üzlənməsi işləri mayın 19-da Bakıda 15 nəfərin ölümü ilə nəticələnən yanğından sonra dayandırılsa da yenidən başlanıb.
Bakıdakı həmin dəhşətli yanğından sonra prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmiş və bu qəbildən olan materiallarla üzlənmiş bütün binaların fasadlarının sökülməsi tapşırılmışdı. Söküntü işləri bir neçə həftə ərzində başa çatdırılmışdı.