backend

“BP-Azerbaijan”nın tərəfdaşı olan şirkətlər ölkəyə xarici işçi dəvət edirlər

“BP-Azerbaijan”nın tərəfdaşı olan şirkətlər ölkəyə xarici işçi dəvət edirlər

Azərbaycanlılar iş tapmır, Hindistandan işçi gətirirlər














Təşkilatımıza daxil olan məlumatda deyilir ki, hazırda əsasən Hindistandan işçi gətirilir”.

Bunu virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

Təşkilat rəhbərinin sözlərinə görə, xarici işçi dəvət edərkən Dövlət Neft Şirkətindən razılıq alınmalıdır: “Təşkilatımıza verilən məlumatda deyilir ki, Hindistandan gətirilən qaynaqçılara 600 manat əməkhaqqı verilir. Üstəlik onların qalmaq, gediş-gəliş pulları da nəzərə alınır. Azərbaycanda qaynaqçı olduğu halda xaricdən işçi gətirilməsi nəyə və kimə sərf edir?”
Hüquq müfadiəsiçi qeyd etdi ki, “BP-Azerbaijan” ölkədə reallaşdırılan iri neft layihələrinin operatorudur. Layihə tərəfdaşı qismində podratçı, subpodratçı olan şirkətlər BP-nin siyasətlərini əsas götürməlidirlər: “Azərbaycanda 20 ildir iri neft layihələri həyata keçirilir. Bu müddət ərzində bu layihələrdə çalışan çoxlu sayda yerli işçi təlim keçib. Onlar BP-nin təlim mərkəzində və Aberdində təlimlərə cəlb edilərək müvafiq sertifikatlar alıblar. İndi isə bu işçilər imtahandan keçməyib bəhanəsi ilə işdən kənarlaşdırılır. Guya Hindistandan dəvət olunan işçilər intahanlardan müvəffəqiyyətlə keçirlər”.

M.Qəhrəmanlı BP də daxil olmaqla xarici şirkətlərə sual ünvanladı: “Xaricdən işçi dəvət etməklə başqa ölkələrin işsizlik problemini həll edirlər, yoxsa hansısa məmurun biznesi inkişaf edir? Dövlət Miqrasiya Xidməti bu işçilərin gətirilməsinə razılıq verirmi?”
Təşkilat rəhbəri tenderlərdə məhz xarici şirkətlərin qalib elan olunması məsələsinə də toxundu: “Hazırda mühəndis layihələri ilə bağlı tender elan edilib. Amma mühəndis layihələrinin icrası üçün elan olunmuş tenderin qalibi ya xarici şirkətlər, ya da Azərbaycanda qeydiyyatdan keçmiş xarici şirkətlər olur. Ölkədə qeydiyyatdan keçmiş xarici şirkətlər ona görə tenderin qalibi olur ki, sonradan həmin şirkətləri yerli şirkət kimi təqdim edə bilsinlər. Halbuki ölkədə kifayət qədər peşəkar işçiləri olan yerli mühəndis şirkətləri var. Niyə onlar tenderlərdə qalib ola bilmirlər? BP yetişdirdiyi, sertifikat verdiyi qaynaqçıları qiymətləndirmir. Kimlərsə və ya hansısa qüvvələr bu ölkədə hələ də xarici mütəxəsislərə ehtiyacı olduğunu sübut etməyə çalışırlar. Yerli mütəxəssisləri qiymətləndirmək lazımdır”.
Qeyd edək ki, təşkilat xaricdən dəvət olunan işçilərlə bağlı araşdırma aparır.
Onu da xatırladaq ki, virtualaz.org saytı “SWIFT” şirkəti tərəfindən müxtəlif ölkələrdən işçi gətirildiyi ilə bağlı məlumat vermişdi. Məsələ ilə bağlı Dövlət Miqrasiya Xidmətinə, o cümlədən Dövlət Əmək Müfəttişliyinə bir neçə dəfə yazılı və şifahi müraciət etməyimizə baxmayaraq suallar cavablandırılmadı.

“BP-Azerbaijan”nın tərəfdaşı olan şirkətlər ölkəyə xarici işçi dəvət edirlər