backend

Bakı sakinləri ictimai nəqliyyatda problemlə üzləşdi

Bakı sakinləri ictimai nəqliyyatda problemlə üzləşdi

Bakı şəhərinin bəzi hissələrində ictimai nəqliyyatdan istifadə edən sərnişinlər problemlərlə üzləşib










“Baku Bus” MMC-nin xəttlərə buraxdığı yeni avtobuslar bəzi xətt avtobuslarının ləğvinə, bəzilərinin isə istiqamətinin dəyişməsinə səbəb olub. Şəhər sakinlərinin ən çox istifadə etdiyi avtobuslardan olan 20- nömrəli avtobus xəttinin bir neçə dayanacağında oldu. Sakinlərin bildirdiyinə görə, onlar avtobus dayanacağında uzun müddət gözlədikdən sonra ərazidə olan taksi sürücülərindən 20- nömrəli avtobusun ləğv olunması haqda xəbər tuta biliblər. Sakinlərin bildirdiyinə görə, onlara avtobusun xəttən çıxarılması və onun yerinə alternativ olaraq hansı avtobusdan istifadə olunmasına dair məlumat verilməyib. Əməkdaşımızla söhbət edən Bakı sakini Nuriyev Mehdinin sözlərinə görə o, hər gün 20- ci sahədə 20 nömrəli avtobusa minərək Dəniz Vağzalı yaxınlığında yerləşən iş yerinə gedir. Amma bu gün baş verənlərdən xəbərsiz olduğuna görə, 1 saatdan çoxdur ki, dayanacaqda gözləməli olub və nəticədə işə gecikib. Başqa bir dəyişiklik 5 nömrəli marşrutun nömrəsinin dəyişərək 53 olmasıdır. Yasamal və Badamdar sakinlərinin ən çox istifadə etdiyi marşrutlardan olan 5-nömrənin dəyişməsi sakinlər arasında çaşqınlığa sabəbə olub. Ərazidə müşahidə aparan əməkdaşımız onu da bildirdi ki, dayanacaqlarda baş vermiş son dəyişiklərlə bağlı heç bir elana olmayıb.