backend

Görəsən, inanan olubmu?

Görəsən, inanan olubmu?

Hacı İbrahim Nehrəmlinin "kitayski" partnyoru və...










Keçən günlərdə belə bir xəbər yayıldı ki, bəs “Avesta” Konserninin prezidenti, “Xəzər adaları” şəhər layihəsinin müəllifi olan möhtərəm Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) özünə yeni tərəfdaş tapıb və yeni çinli tərəfdaşı nehrəmli iş adamının Xəzər dənizindəki yarımçıq cızma-qaraları üçün yeni "ilham pərisi" rolunu oynayacaq.

Xəbərdə deyilirdi ki, Hacı İbrahim Azərbaycanda səfərdə olan Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla görüşüb. “Xəzər adaları”nda baş tutan görüş zamanı Hacı İbrahim Nehrəmli ilə Li Jian Jun arasında ilkin olaraq 3 milyard dollarlıq investisiya müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə əsasən, ilkin olaraq, Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkəti “Xəzər adaları” layihəsinin bir adasına 3 milyard dollar dəyərində vəsait yatıracaq, sonrakı illərdə isə mərhələ-mərhələ digər adalara da investisiya yatırımları reallaşacaq.

Yəni deyiləni o idi ki, Hacı İbrahim yaxasını qurtarıb. Çünki, artıq "Xəzər Adaları" layihəsi təkcə onun yox, həm də hədəfə çevirdiyi vəzifə başında olan qardaşı - Diasporalarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun aqibətini həll edəcək bir duruma gəlib çıxıb.

Hacı İbrahim Nehrəmlinin "kitayski" partnyoru və...

Keçənlərdə "bandotdel"da maliyyə hesabatı verən Hacı İbrahimin hansı vəd və şərtlə azadlığına yenidən qovuşduğu hər kəsə məlumdur. Məlum olmayanı isə nehrəmli iş adamının bundan sonrakı aqibətidir ki, Hacı İbrahimin də son təşəbbüslərini məhz aqibətinin yaxşılaşdırılması yönündə çabaları kimi dəyərləndirmək lazımdır.

Amma sən saydığını say, gör fələk nə sayır...
"slində Hacı İbrahimin yeni tərəfdaşı kimi cəmiyyətə - əslində isə AZƏRBAYCANIN DÖVLƏT RƏHBƏRLİYİNƏ sırımağa çalışdığı çinli iş adamları üçün "Xəzər Adaları" heç də cazib layihə deyil və onlar bir şərtlə bu işə qol oqymağa razılaşıblar ki, Hacı İbrahim cənabları həm də onlara adaladakı işlərin ardından potensial qazancla bağlı 100 faizli təminat versin.

Deməli anlaşılanı odur ki, nehrəmli iş adamına "kitayski" partnyorlar sırf olaraq barəsində SİYASİ QƏRARIN yumşalması üçün lazımdır. Çünki "Xəzər Adaları" ilə bağlı 100 faizli qazanc təminatı əgər var idisə, buna hətta cibində qara qəpiyi olmayan istənilən birisi borc tapmaq şərtilə belə razılaşardı.

Yəni, artıq ayağını dəng yox, gen atmağa vərdiş etmiş Hacı İbrahim cənabları növbəti dəfə blef etmiş oldu.

Görəsən, inanan olubmu?

Görəsən, inanan olubmu?
Görəsən, inanan olubmu?