backend

Tarixlər düzgün göstərilməyib

Tarixlər düzgün göstərilməyib

Məktəbli gündəliyində səhv – FOTO

















Azərbaycanda orta məktəblərdə istifadə edilən məktəbli gündəliyində səhv aşkarlanıb.

Moderator.az bizimyol.info-ya istinadən xəbər verir ki, gündəlikdə yer alan “Bayram günləri” bölməsində Dövlət Müstəqilliyi Günü 9 noyabr olaraq göstərilib.

Halbuki, 9 noyabr tarixi “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd olunur.

“Dövlət Bayrağı Günü” isə 18 oktyabr olaraq göstərilib.

Qeyd edək ki, Azərbaycanın Dövlət Müstəqilliyi günü, Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Oxuculardan birinin göndərdiyi fotonu təqdim edirik:


Tarixlər düzgün göstərilməyib
Tarixlər düzgün göstərilməyib