backend

İDDİA

 İDDİA

İddiaya görə Etibar Sadıqov ərazi nümayəndəsinin müavini çalışan zaman bir çox gəncin xəstə adı ilə xidmətdən yayınmasına kömək edib










Artıq parlament seçkilərinə 2 aydan az müddət qalıb və deputat olmaq arzusunda olanların siyahısı bəllidir. Redaksiyamıza gələn məktublardan birində isə namizədliyini irəli sürmüş şəxslərdən biri- Etibar Sadıqov haqqında maraqlı məlumatlar daxil olub. Bolgexeber.com bildirir ki,məktubda qeyd edilənlərə görə ötən il ötən il “Əməkdar müəllim” fəxri adına layiq görülən Etibar Sadıqov müxtəlif zamanlarda lisey direktoru, Göytəpə şəhər icra nümayəndəsinin müavini, dərs hissə müdiri olsa da heç bir vəzifədə özünü tam olaraq doğrulda bilməyib. Belə ki, onun adı qalmaqallı məsələlərdə hallanıb. İddiaya görə Etibar Sadıqov ərazi nümayəndəsinin müavini çalışan zaman bir çox gəncin xəstə adı ilə xidmətdən yayınmasına kömək edib. Məktubda yazılanlar bununla da bitmir. Yazıda qeyd edilir ki , adıçəkilən şəxs 2010/2011-ci illərdə ərazi nümayəndəsi işləyən zaman Cəlilabad rayonunda keçirilən tədbirlərin birində rayon şəhidləri haqqında pis ifadə işlədib və bu hərəkəti qalmaqla,söz-söhbətə səbəb olub. Nəticədə o, tutduğu vəzifədən azad edilib. Bundan sonra isə Göytəpə peşə liseyinə rəhbər vəzifəyə gətirilib.