backend

Elxan Hüseynovun kadr fəlsəfəsi nəyi sübut etdi?

Elxan Hüseynovun kadr fəlsəfəsi nəyi sübut etdi?

Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt və Salyan filialları ləğv edildi.






Salyan filialının tələbələri, Sumqayıt filialının maddi-texniki bazası Sumqayıt Dövlət Universitetinə köçürüldü. Prezidentin Sərəncamı ilə AMİ Sumqayıt filialının pedaqoji və texniki heyəti Sumqayıt Dövlət Universitetində qismən də olsa işlə təmin edilməli idi. Amma, SDU rəhbərliyi filial kollektivinin nəzərinə çatdırdı ki, biz bu qədər işçinin hamısını universitetdə işlə təmin edə bilmərik. Obyektiv seçim etmək üçün müəllim və texniki işçilər yalnız imtahan yolu ilə seçiləcəklər. Bütün qalmaqal və narazılıq da, məhz imtahanın nəticələri açıqlandıqdan sonra baş verib.
Bu barədə daha ətraflı Xeberle.com – a AMİ Sumqayıt filialının kitabxanasında uzun müddət biblioqraf vəzifəsində işləmiş Aytən Əliyeva məlumat verib. A.Əliyeva bildirdi ki, müsabiqdə iştirak etməyinin yeqanə səbəbi köçürülmə prosesinin hansı şəkildə aparılmasını yaxından izləmək məqsədi daşıyıb: “Rektor Elxan Hüseynov universitetə işə qəbul edilən müəllim və texniki işçilərlə görüşündə bildirdi ki, AMİ Sumqayıt filialının kadrlarının savadı zəifdir. Xüsusilə də müəllimlərin bilik səviyyəsi çox aşağıdır. Hamınız ora pul verib işə düzəlmisiniz. Sizi bir illik müqavilə ilə işə götürürürük. Bu zaman ərzində pedaqoji fəalyyətiniz bizi qane etməsə müqavilənin müddəti uzadılmayacaq.”
A.Əliyeva onu da qeyd etdi ki, E.Hüseynov laborant və operatorlara da sərt xəbardarlıq edib: “Magistrlar doktoranturada təhsillərini davam etdirsinlər. Sizi yenə attestasiya edəcəm. Biliyinizi və savadınızı artırın. Heç ustundən iki gün keçmədi ki, attestasiyadan keçməyən və attestasiyada iştirak etməyən bir neçə işçinin işə götürüldüyünün şahidi olduq. “
Şikayətçi onu da söylədi ki, kadrların yerləşdiriməsində ən böyük haqsızlıq kitababxana müdiri Sevinc Əliyeva və ona qarşı edilib: “Əslində mənə qarşı şər və böhtan dolu iftiraların ediləcəyini bilirdim. Amma SDU rəhbərliyinin əsassız böhtanlara inanacağını gözləmirdim. İnstitut kitabxanasında ixtisası üzrə işləyən kitabxana müdiri Sevinc Abbas qızı və mən idim.Üçüncü işçi Təhminə Ağakişiyevanın orda sadəcə adı gedirdi. Politexnik institutunu bitirən T.Ağakişiyevanın institutda əsas işi çuğulluq etməkdən ibarət idi. Psixoloji cəhətdən sağlam olmayan birinin şər və böhtanına inanıb mənim yerimə onu təyin etdilər. Məni YAP üzvü olmadıqımı bəhanə gətirdilər. Axı Sevinc Əliyevanın 28 illik kitabxana stajı var. Özü də 8 ildir Yeni Azərbaycan partiyasının üzvüdür. İllərdir partiyaya qəpik – quruşuna kimi üzvlük haqqı ödəyir. Konkret olaraq SDU rəhbərliyi Təhminə Ağakişiyeva kimi birini ixtisaslı kadrların yerinə təyin etməklə kim olduğunu göstərdi.Görünür universitet rəhbərinin belə bir kadra doğrudan da ehtiyacı var.”
A.Əliyeva vurğuladı ki, işçilərdən 20 nəfər ötən həftə rektorun qəbulunda olublar. Attestasiyanın nəticəsindən narazı qalanlar və ailə vəziyyəti ağır olanlar E.Hüseynovla söhbət ediblər. Rektor heç bir işçinin şikayətini təmin etməyib. Əvəzində bir neçəsini təhqir etməkdən də çəkinməyib.
O, deyir ki, Nizami Namazovla aralarında olan söhbəti diktafona qeyd edib: “Attestasiyadan keçən 16 nəfər arasında mən də varam. Mənə laborant işi təklif etdilər. Əgər 3-cü korpusda vakansiya yeri varsa niyə ora ixtisaslı kadrları deyil, T.Ağakişiyevanı götürüblər.
AMİ-nin Sumqayıt filialında kitabxananın müdiri işləmiş kitabxana müdiri Sevinc Abbas qızı isə qeyd edib ki, T.Ağakişiyevaya onu heç nə bilmədiy haqqında attestasiya komissiyasının üzvləri irad bildiriblər: “Yəqin kitabxanada oturub çay içirmişsən.”
S.Abbas qızı onu da sözlərinə əlavə etdi ki, müvafiq orqanlara müraciət edib haqqını tələbə edəcək.
İnstitutun operatoru işləmiş Afət Xudaverdiyeva bizimlə söhbətində bildirdi ki, işçilərin çox az bir qismi işlə təmin edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı nəzərə alınmayıb: “Demək olar ki, AMİ Sumqayıt filialının bir çox əməkdaşı belə hesab edir ki, universitet rəhbərliyi əksər kadrları tapşırıqla yerləşdirib. Magisrt təhsili olan bir çox işçilər işlə təmin olunmayıblar. Təhsil Nazirliyinə edilən şikayətlərə baxan yoxdur.”
İşlə təmin oluna bilməyənlər ölkə başçısı İlham Əliyevə müraciət edəcəklərini bildirdilər.
Şikayətçilərin ittihamlarına aydınlıq gətirmək üçün SDU-nun mətbuat və informasiya şöbəsinin müdiri Nazxanım Əziziova ilə əlaqə saxladıq. N.Əziziova araşdırma apardıqdan sonra məlumatverdi ki, AMİ Sumqayıt filialının kitabxana müdiri və biblioqrafı Aytən Əliyeva attestasiyadan keçməyiblər: “Ona görə onlar işlə təmin olunmayıblar. N.Əzizova onu da qeyd etdi ki, Nizami Namazov bildirib ki, mən Aytən Əliyevanı YAP a üzv olmadıqı üçün sorğu -sual etməmişəm. A.Əliyeva yalan söyləyir.