backend

“7 Hills”in müştəriləri Beynəlxalq Bankdan pullarını tələb etdi - FOTO

“7 Hills”in müştəriləri Beynəlxalq Bankdan pullarını tələb etdi - FOTO

“7 Hills”in müştəriləri Beynəlxalq Bankdan pullarını tələb etdi - FOTO
















Tikintisi yarımçıq saxlanılan “7 Hills” yaşayış kompleksinin eyniadlı şirkətdən narazı olan müştəriləri bu gün Azərbaycan Beynəlxalq Bankının baş ofisi qarşısında toplaşıb.

Virtualaz.org saytının bankın qarşısında olan müxbiri xəbər verir ki, təxminən 50 nəfərə yaxın müştəri ipoteka krediti ilə almaq istədikləri ev üçün banka ödədikləri aylıq ödənişin faizi ilə birlikdə geri qaytarılmasını tələb ediblər.

Saat 17:00-da müştərilərin 7 nəfərlik nümayəndəsini bankın baş direktoru Elmir Həbibullayev qəbul etdi.

Görüşdən çıxan narazı müştərilər virtualaz.org saytına açıqlamasında bildirib ki, bankın baş direktoru onların banka ödədiyi aylıq ödənişlərin 15 gün ərzində geri qaytarılacağını vəd edib: “Bizə bildirildi ki, ilk növbədə kreditlər bağlanacaq. Yəni bundan sonra biz banka hər ay pul ödəməyəcəyik. İkinci mərhələdə isə sabahdan etibarən müştərilərə bir-bir zəng ediləcək və aylıq ödənişlər, onların faizi və komissiya haqqı geri ödəniləcək. Bu proses sentyabrın sonuna qədər yekunlaşacaq”.

“7 Hills”in müştəriləri Beynəlxalq Bankdan pullarını tələb etdi

Xatırladaq ki, “7 Hills” şirkətinin “Globus Plaza”nın sahibi, keçmiş deputat və oliqarx, Beynəlxalq Banka yüz milyonlarla dollar kredit borcu olan Dünyamin Xəlilova və onun ortağı Xaqani Bəşirova məxsus olduğu barədə məlumatlar var.

Şirkət ötən ilin dekabrında Beynəlxalq Bankın ipoteka kreditləri hesabına Bakının mərkəzi hissəsində orijinal arxitekturaya malik yaşayış kompleksinin tikintisi layihəsini elan edib və geniş reklam kampaniyası başladaraq müştərilər cəlb edə bilib.

Lakin çox keçmədən Beynəlxalq Bank ətrafında məlum proseslər başlayıb və oliqarxlar dövlət bankının daha bir iri krediti hesabına öz biznes layihələrini başlaya bilməyiblər. Müştərilər isə tikinti işlərinin başlamamasından narahat olaraq şirkəti onları aldatmaqda günahlandırır və pullarını geri tələb edir.
“7 Hills”in müştəriləri Beynəlxalq Bankdan pullarını tələb etdi - FOTO