backend

Rəsmi açıqlama

Rəsmi açıqlama

Ziya Məmmədov işə çıxmır












“Nəqliyyat naziri Ziya Məmmədov növbəti əmək məzuniyyətinə gedib”.

Bu haqda Modern.az saytına nazirliyin mətbuat katibi Namiq Həsənov məlumat verib.

O, mətbuat nümayəndələrinə müraciət də edib:

“Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi mətbuatın “Ziya Məmmədov işə gəlmir”, “Tədbirlərə qatılmır” kimi fikirlərinə cavab olaraq bəyan edirəm ki, Ziya Məmmədov sentyabrın 16-dan oktyabr ayının 22-nə qədər növbəti əmək məzuniyyətindədir.

Qoy, bütün kütləvi informasiya vasitələri bilsinlər ki, bu müddətdə nazirin işə çıxmamaq haqqı-hüququ var, yəni sensasiya deyil”.