backend

"Qorxmaz müəllim, niyə işləmirsiz?"

"Qorxmaz müəllim, niyə işləmirsiz?"

"Qorxmaz müəllim, niyə işləmirsiz?"












Yasamal rayon, Hüseyn Cavid prospekti , 577 məhəllə , ev 87, mənzil 325-də yaşayan Tofiq Məhərrəmov "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova şikayətçinin dili ilə desək növbədənkənar müraciət ünvanlayıb.

Şikayətçi məktubun bir nüsxəsini də Moderator.az-a göndərib.

Növbədənkənar şikayəti təqdim edirik:

"Cənab Sədr! "Azərsu"nun rəhbəri olaraq baş verənlərdən razısınızmı???

Cənab Sədr! Ehtiyat üçün kartıma 20 AZN su pulu yüklənib! Amma su gəlmir. Niyə ???

Cənab Sədr! 20 AZN yüklədiyim puldan niyə 10 AZN çıxıblar???

Cənab Sədr! Su kartıma 10 AZN yüklənsə də evə niyə su gəlməməlidir???

Cənab Sədr! Smart yükləmə kartı aparatının elektrik cəryanının altında və üstündə quraşdırlmasından razısınızmı???

Cənab Sədr! Mənim suya borcum varmı???

Cənab Sədr! Sizin rəhbərlik etdiyiniz idarənin verdiyi cavabdan məlumatlısınızmı???

Cənab Sədr! "Azərsu" ilə əlaqədar hansı telefona müraciət etsək Sizinlə əlaqə saxlamaq olar???

Cənab Sədr! Cəmi 2 azn pulum olsa və bu məbləğ su kartıma yüklənsə nədən su gəlməyəcək???

Cənab Sədr! Sizin göstərişiniz olmadan niyə məsələ həll edilmir???

Cənab Sədr ! Suyun gəlməməsinə görə, Cənab Prezidentimiz İlham Əliyev və Azərbaycanımızın Birinci xanımı, hörmətli Mehriban xanım Əliyevaya müraciət edəcəyəksə onda Sizə Sədrlik vəzifəsi niyə həvalə olunub???

Cənab Sədr! 24 saat su olacaq bəyanatı nə qədər doğrudur???

Cənab Sədr ! Bu məsələnin həllinə Sizcə nə qədər vaxt lazımdır ???

Cənab Sədr ! Hələlik SON SUAL: "Hörmətli Qorxmaz müəllim NİYƏ İŞLƏMİRSİNİZ???"