backend

"Rəqiblər böyük hörmətim olan insanlardır"

"Rəqiblər böyük hörmətim olan insanlardır"
























Əli Məsimli hörmət etdiyi adamlarla mübarizə aparacaq

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı-deputat Əli Məsimlinin namizədliyi 114 saylı Şəki kənd birinci seçki dairəsinə təqdim olunub.
Ə.Məsimli söhbətində bildirib ki, artıq sənədləri təqdim edib: "İndi gözləyirik ki, imza vərəqələri versinlər. İmza vərəqələri veriləndən sonra komanda imza toplamağa başlayacaq. Xüsusi proqramımız üzrə namizədlik təsdiq olunduqdan sonra seçicilərlə görüşlərə başlayacağıq. Xüsusi bukletlər paylanılacaq və s".

Parlament seçkilərində qalib gəlib-gəlməyəcəyinə gəlincə Məsimli bildirib ki, son sözü seçicilər deyir: "Deputatlarla bağlı aparılan sorğularda adımızın ön sırada olması, ictimai rəy və digər sosioloji sorğuların nəticələrindən çıxış edərək seçkilərdə qalib gəlmək şansımızı normal qiymətləndiririk".

"Mənim üçün rəqiblər zəif olmurlar. Rəqiblər böyük hörmətim olan insanlardır", - deyə Məsimli bildirib.
Onun sözlərinə görə, builki seçkiləri əvvəlki seçkilərdən bir neçə amil fərqləndirir: "Birincisi, bu il dünyada geosiyasi və iqtisadi cəhətdən çox təlatümlü bir dövrdür. Həmin təlatümlü proseslər bütün ölkələrə təsir göstərdiyi kimi Azərbaycana da təsir göstərir. İkincisi, bu seçkilər zamanı rəqabətin güclü olacağı hiss olunur. Üçüncü amil ondan ibarətdir ki, hakim partiya seçki siyahısında kifayət qədər radikal dəyişikliklər edib. Gənclərə və xanımlara daha çox yer vermək səyləri göstərib".