backend

İTTİHAM VAR

İTTİHAM VAR



















Gədəbəy rayonunun demək olar ki, bütün məktəblərində dözülməz vəziyyət bərqərar olub

Məlum olduğu kimi, son üç il ərzində Gədəbəy rayonunda icra başçısı Ramiz Yediyarovun təşəbbüsü və xeyir-duası ilə hökm sürən məmur özbaşınalıqları artıq uzun müddətdir ki, həm bizim qəzetimizin, həm də ölkənin əksər mətbu orqanlarının müzakirə obyekti olaraq gündəmdə saxlanılır. Ötən saylarımızda dərc etdiyimiz materiallarda rayonun ayrı-ayrı sahələrini ağuşuna almış rüşvətxorluq, mənimsəmələr və digər korrupsiya halları barədə ətraflı açıqlamalar təqdim etmişik. Bütün səlahiyyətləri özünün ən yaxın əlaltıları olan birinci müavini Qüdrət Paşayevə və Aqrar islahatlar üzrə müavini Rüstəm Nağıyevə verən başçı, bu məmurların əli ilə rayonu talamaqla məşğuldur. Gədəbəy rayonundan aldığımız son məlumatlarda isə bildirilir ki, yeni tədris ilinin başlanması ilə sakinlərin onsuz da illərdən bəri yığılıb qalan problemləri sırasına daha bir neçə bənd də əlavə olunmuşdur. Belə ki, rayonun məktəblərində mütəmadi olaraq həyata keçirilən pul yığımlarından yay tətili müddətində “dincələn” valideynlər, artıq yenidən öz səxavət kisələrinin ağzını açmaq məcburiyyətində qalacaqlar. Bu mövzuda ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz vurğulamışdıq ki, rayon ictimaiyyətini daha çox narahat edən məqamlardan biri məhz elə Gədəbəyin təhsil sisteminin acınacaqlı durumu ilə bağlıdır. Aldığımız məlumatlarda bir daha təsdiq olunur ki, bu gün Gədəbəy rayonunun demək olar ki, bütün məktəblərində dözülməz vəziyyət bərqərar olub. Ramiz Yediyarov icra başçısı təyin edildiyi vaxtdan bəri Gədəbəy məktəblərində rüşvətxorluq və korrupsiya son həddə çatıb. Bütün məktəb direktorları təhsil qanunlarına uyğun deyil, yalnız Ramiz Yediyarovun qaydalarına uyğun məktəbi idarə edirlər. Hətta Gədəbəy rayonunun əksər kəndlərində olan məktəblərin qapısı aylarla açılmır. Şagirdlər isə başqa-başqa yerlərdə öz günlərini keçirirlər. Eyni zamanda da Gədəbəy şəhər 1 nömrəli orta məktəbində yer almış özbaşınalıqlar, bu təhsil müəssisəsinə bilavasitə Ramiz Yediyarovun səyləri nəticəsində direktor təyin edilmiş Sevda Musayevanın yol verdiyi qanun pozuntuları açıqlamalarda xüsusi olaraq diqqət mərkəzinə çəkilir. Bəzi iddialara görə isə, hazırda Sevda Musayevanı bilavasitə himayə edən də məhz Qüdrət Paşayevdir. Mənbənin verdiyi məlumata görə dərs saatlarının bölgüsündə özünə yaxşı pul qazanan Sevda Musayeva həmin pulların çox hisəsini də elə Qüdrət Paşayevin əliylə Ramiz Yediyarova çatdırır. Bunun nəticəsidir ki, qəbul günlərində Ramiz Yediyarovu əvəz edən Qüdrət Paşayev 1 nömrəli şəhər orta məktəbindən şikayət edən nə şagirdlərin valideynlərini dinləmir, nə də məktəb direktorundan narazı olan müəllimləri qəbul etmir. Ramiz Yediyarovun aqrar məsələlər üzrə müavini və “ikinci sağ əli” Rüstəm Nağıyev isə, rayonda digər xüsusiyyətləri ilə yanaşı həm də məşhur torpaq dəllalı kimi tanınır. Həm də onun satdığı torpaqlar əksər hallarda nə özünə, nə də dövlətə məxsus olmur. Ölkə prezidenti İlham Əliyev cənablarının 2015-ci ili kənd təsərrüfatı ili elan etməyi bir daha təsdiq edir ki, cənab prezident dağlıq rayonlarda yaşayan əhalinin əsas məşğuliyyəti olan kənd təsərrüfatı və heyvandarlığı inkişaf etdirməklə əslində insanların yenidən öz dədə-baba yurdlarına qayıtmasına şərait yaradır. Buna baxmayaraq İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Gədəbəydə fəaliyyət göstərən fermer təsərrüfatlarına kömək etmək, onların qayğıları ilə maraqlanmaq əvəzinə, məhz aqrar məsələlər üzrə müavini Rüstəm Nağıyevin əliylə onlara olmazın divanlar tutur.

Digər tərəfdən də, Gədəbəydən yeni aldığımız məlumatlarda Ramiz Yediyarovun qarşıdan gələn Milli Məclisə seçkiləri də artıq öz korrupsiya hədəfinə çevirdiyi bildirilir. Vurğulanır ki, RİH başçısı tərəfindən namizədlərin qeydə alınması prosesi ciddi nəzarətə götürülüb və yalnız müəyyən şərtlərə əməl edən vətəndaşlar Gədəbəydə öz namizədliklərini irəli sürə bilərlər...