backend

Ölkə maraqlarına başqa cür xəyanət necə ola bilər ki?!

Ölkə maraqlarına başqa cür xəyanət necə ola bilər ki?!





















…Hamıya yaxşı məlumdur ki, bu yaxınlara qədər Bakıda havalar həddindən çox isti keçirdi.

Elə ona görə də İspaniyadan gəlmiş qonaqlarıma məsləhət gördüm ki, dağlıq bölgələrdən birinə gedib yaxşı istirahət etsinlər. Məsləhət və qərar Quba istiqaməti oldu. Televiziya kanallarında və mətbuatda «Rixos Quba» haqqında daha çox məlumatlar və reklamlar getdiyindən qonaqlarımın həmin məkandan razı qalacaqlarına əmin idim.
İşim çox olduğundan mən onlara qoşula bilmədim. Bakıda havaların hələ də isti keçməsinə baxmayaraq, artıq iki gün sonra qonaqlar geri qayıdası oldular. Açığı, bu mənə təəccüblü gəldiyindən səbəbini öyrənmək istədim. Əvvəlcədən bir həftəlik nəzərdə tutulan Quba səfərinin yarımçıq qalma səbəblərini soruşanda isə şoka düşdüm. «Quba Rixos»dakı xidmətdən çox narazı qalan qonaqlar, sübut üçün üstəlik, mənə bir videosüjet də göstərdilər. İnanın ki, məni dəhşət götürdü. Səhər yeməyi zamanı çəkilmiş videosüjetdə yemək masası üzərində uçuşan saysız-hesabsız milçəkləri görəndə məsələni başa düşdüm. Bir gününə adama 1000 manata başa gələcək otel xidmətinin biabırçı, antisanitariya şəklində təşkili adamda xəcalət hissi yaradır… Maraqlıdır, belə bir “xidmət”inə görəmi 5 ulduzlu otel reklam olunurmuş?!
O da məlum oldu ki, otelə Şükür adlı bir türk rəhbərlik edir və hələ bu şəxsin üzünü görən də olmayıb. Nə vaxt gəlib-gedir, ümumiyyətlə, buradakı ab-havadan, işin gedişatından, otelin otel kimi dəqiq xidmət göstərməsindən bu şəxsin xəbəri varmı, yoxmu?

Xaricdən gəlmiş 4 nəfərin iki gün ərzində fikirlərindən dönüb oteli tərk etmələri, əslində, bizim üçün ciddi xəbərdarlıqdır…

Təəssüf ki, bunu bilən yoxdur. Günü bir turistə 1000 manata başa gələn oteldəki antisanitariya ilə, səhlənkarlıqla hörmətli Şükür abi Türkiyədə, görəsən, neçə gün otel sahibi kimi fəaliyyət göstərə bilərdi?! Özü də turizm üzrə dünya miqyasında öndə gedən ölkələrdən biri olan Türkiyədə.
İspaniyadan gələnlər ofisiantların qulluğundan, səriştəsizliyindən də ciddi narazı qalmışdılar. Xaricdən gəlmiş 4 nəfərin iki gün ərzində fikirlərindən dönüb oteli tərk etmələri, əslində, bizim üçün ciddi xəbərdarlıqdır. İndi özünüz deyin, xidməti düzgün təşkil etməyi bacarmayan otellərə ikinci dəfə ayaq basılacaqmı? Ən acınacaqlısı isə odur ki, azdan- çoxdan imkanlı olan bu şəxslər İspaniyaya otellərimiz barəsində mənfi təəssüratlarla qayıdırlar. Və mən əminəm ki, o turistlərin cevrəsində olanlar da bu iyrənc hal barədə məlumatlandırılacaqlar. Cünkü hər birimiz turist kimi səfərə cıxmazdan əvvəl, gedəcəyimiz yerdə artıq olan yaxınlarımızdan ilkin məlumat alırıq. İndi özünüz deyin, bu halın yaranmasına şərait yaradanlar ölkənin milli maraqlarına və prezidentimizin gərgin əməyinə xəyanət etmirlərmi? Bu kimi, böyük-kiçik catışmamazlıqlar bizi gələcəkdə problemlərə sürükləmirmi? Halbuki hazırkı iqtisadi inkişafımız üçün qeyri-neft sektorunun rolu əhəmiyyətli dərəcədə artdığından, məhz həmin sahəyə marağı olan işgüzar insanlara, bacarıqlı iş adamlarına ehtiyacımız daha çoxdur. Azərbaycanın hesabına pul qazanan, amma öz işinin öhdəsindən layiqlə gələ bilməyən səriştəsiz bir şəxsi məsul bir vəzifəyə necə təyin etmək olar? Deyilənə görə, ancaq öz otağına gəlib, elə oradan da çıxıb gedəndən nə iş gözləmək olar?
Bütün bunlardan sonra məndə belə bir fikir yaranır ki, digər otel və mehmanxanalarımızın işində də ciddi qüsurlar mövcuddur. Buna görə məni qınamayın, çünki başqa bölgələrimizdə də eyni mənzərə ilə rastlaşmaq olur. Hamı yaxşı bilir ki, cənab Prezident qeyri-neft sektorunun inkişafı üçün can yandırır, sərəncamlar verir, büdcədən xeyli vəsait ayırır, bu işi xüsusi nəzər-diqqətdə saxlayır, çünki neft həmişə olmayacaq və ancaq neftə arxayın olub dövlətin iqtisadi gücünü artırmaq mümkün deyildir. Neftin qiymətinin dünya bazarında enib-qalxması və s. amillər də cənab Prezidentin iqtisadi siyasətinin düzgünlüyünü təsdiq edir. Belə olan halda, bayaq haqqında danışdıqlarımıza nə ad vermək olar? Xüsusi ilə də qeyri-neft sektorunda aparıcı sahə kimi turizmin inkişafına lazımınca diqqət yetirilməli olduğu halda bu işin etibar edildiyi məsul şəxslərin üzdəniraq “fəaliyyət”lərinə nə ad vermək olar? Dövlətin, xalqın rifahı naminə turizmi canlandırmaq, ölkəyə daha çox turist cəlb etmək əvəzinə, öz yarıtmaz xidmətləri ilə, əksinə, turistləri necə deyərlər, “hürküdən” başabəla şəxslərin fəaliyyəti düşmənçilik deyilmi?!

Nə üçün Azərbaycana gələn turist bir də ölkəmizə gəlmək istəmir?

Yaxşı fikirləşsək, düşmənin bizə edə bilmədiklərini elə bunlar özləri eləmirlərmi?! Düşmənimizin onsuz da dostdan çox olduğu bir zamanda bu haqda fikirləşməyə dəyər. Nə üçün Azərbaycana gələn turist bir də ölkəmizə gəlmək istəmir? Yoxsa bizim ölkəmiz öz təbiətinə, flora və faunasına görə Türkiyədənmi, Rusiyadanmı, lap elə qonşu Gürcüstandanmı geri qalır?! Deməli, həmin sahədə xidmət sferası ciddi nəzarətə götürülməli, səriştəli, layiqli, məsuliyyətli şəxslərə iş həvalə olunmalıdır. Hə vaxta kimi biz özümüz –özümüzü aldadıb hər şeyin yaxşı olduğuna inanacağıq. Və bununla bərabər, özümüz üçün problem yaradacağıq… Bir məsələni də qeyd etmək istəyirəm ki, mənimlə razılaşan yaxın dostlarım, hətta bölgələrdə turizm adı altında fəaliyyət göstərən dələduzluq, soyğunçuluqla məşğul olan obyektlərin də mövcud olduqlarını bildirirlər. Bütün bu məsuliyyətsizliyə, səhlənkarlığa, özbaşınalığa son qoymağın zamanı deyilmi?! Ümumiyyətlə, otel və mehmanxanalar şəbəkəsinin işinə nəzarət edən varmı? Turizm sektoru üzrə hər hansı neytral komissiya yaradılıb, yerlərdə yoxlamalar aparılırmı? Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət edirəm: “Cənab nazir! Sizin nə qədər bacarıqlı və aktiv olduğunuz bəllidir. Cənab Prezident Sizə çox etibar edir. Bir Azərbaycan vətəndaşı kimi Siz həmişə Azərbaycanın milli maraqlarını qoruyursunuz. Sizdən bu işə nəzarəti gücləndirməyinizi xahiş edirik».
***
Əcnəbi qonaqlarla söhbət zamanı bir çox misallar çəkildi. Dövlətin mənafeyini, marağını hər şeydən üstün tutan bu insanlar ortalığa konkret faktlar qoydular. Daha çox qazanc əldə etmək, ciblərini doldurmaq məqsədi ilə turist obyektləri adı altında əslində, antiturist fəaliyyəti göstərənlər vaxtında təcrid edilməlidirlər.
Rasim Sadıxov (AZpress.AZ)

Ölkə maraqlarına başqa cür xəyanət necə ola bilər ki?!
Ölkə maraqlarına başqa cür xəyanət necə ola bilər ki?!
Ölkə maraqlarına başqa cür xəyanət necə ola bilər ki?!